Sarıqaya (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Samux rayonunun Lək kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Lək kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi adlandırılmışdır.

Toponimikası Kənd keçmiş adı Əhmədbəyli olmuşdur. Yaşayış məntəqəsini XX əsrin 20-ci illərində Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. İnqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır.

Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Kənddə müalicəvi isti su yerləşir. Gəncəçay da bu kənddən axır.

Əhalisi Əhalisinin sayı 1100 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Kənd əhalisi əsasən Cənubi Azərbaycandan gəlmə yerli əhali və sonradan gəlib məskunlaşmış məhsəti türklərindən ibarətdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Samux rayonunun kəndləri