Laz İnstitutu () — 17 may 2013-cü ildə laz xalqının dilini, mədəniyyətini və tarixini qorumaq, inkişaf etdirmək və populyarlaşdırmaq məqsədi ilə yaradılmış institut. Həmin il Türkiyə Respublikası Milli Təhsil Nazirliyi ilə Laz İnstitutu arasında imzalanan protokolla təhsil işçilərinə laz dili hazırlığı kursları verilməyə başlanmışdır. Nəticədə Milli Təhsil Nazirliyinin orta məktəb proqramına laz dilinin seçmə dərslərinə əlavə olunmuşdur. İnstitutun fəaliyyəti nəticəsində 2014-cü ildən Boğaziçi Universitetində seçmə laz dili kursu təklif olunur.
İnstitut laz dilində çıxan ilk qəzet "Mçita murutsxi"nin ilk nömrəsinin nəşr tarixi ilə Kazım Qoyuncunun doğum gününə uyğun olaraq 7 noyabr tarixini "Laz Dili Günü" elan etmişdir.
İstinadlar
Xarici keçidlər Rəsmi vebsayt
Kateqoriya:2013-cü ildə Türkiyədə yarananlar Kateqoriya:2013-cü ildə yaradılmış təşkilatlar Kateqoriya:Lazlar