Aleksandra Şevçenko (; )"The Femen Phenomenon", Gleb Garanich, Photographer's Blog, 1 March 2012, "Olexandra" is used here, in its original Ukrainian version and not translated into Russian. [Accessed 4 January 2020]."Ukraine's Femen: Topless protests 'help feminist cause'" , Sam Wilson, BBC News, 24 October 2012. [Accessed 4 January 2020]."UKRAINE: Ukrainian Femen activist Oleksandra Shevchenko, who was recently deported from Tunisia, is arrested with two fellow protesters after staging an anti-Lukashenko topless protest in Kiev" , REUTERS, 18 June 2013, reprinted on screenocean website.[Accessed 4 January 2020]. — Ukraynalı feminist, fəal. Femen beynəlxalq qadın hərəkatının həmtəsisçilərindən biri. O, patriarxata, diktatura, din və seks-industriyaya qarşı etiraz mitinqlərində yarıçılpaq geyimi ilə diqqət çəkir.
2013-cü ildə Aleksandra Şevçenko Fransadan siyasi sığınacaq alıb. Hazırda o, Parisdə FEMEN France təşkilatının fəal üzvüdür. Həyatı Aleksandra Şevçenko 24 aprel 1988-ci ildə Ukrayna SSR-in Xmelnitski şəhərində anadan olub.
10 aprel 2008-ci ildə Anna Qutsol Xmelnitskidən olan iki dostu Aleksandra Şevçenko və Oksana Şaçko ilə birlikdə Kiyevdə Ukraynanın qeydiyyatdan keçməmiş Femen qadın hərəkatının əsasını qoydular. Onların hərəkatı yaratmaqda ilk məqsədləri qadın tələbələrə qarşı olan ayrı-seçkiliyə etiraz etmək idi. Lakin onlar tədricən ukraynalı qadınların cinsi istismarına qarşı mübarizəyə keçdilər. Mübarizənin əsas etiraz forması kimi dinc aksiyalar keçirmək qərara alındı. Qrup etiraz aksiyalarına cəmiyyətin daha çox diqqətini cəlb etmək yollarını axtarmağa başladı. Hərəkat 23 may 2009-cu ildə Kiyevdə fahişəliyə qarşı mitinqdə “Ukrayna fahişəxana deyil”Page 96 FEMEN Ackerman, Galia et al. 2013. calmann-levy. şüarı ilə diqqət çəkib. 2009-cu ilin avqust ayının sonunda Femen həmtəsisçisi Oksana Şaçko sinəsini geyimsiz göstərən qrupun ilk üzvü oldu. Femendə etirazın etikasına dair müzakirələrdə bir çox üzvlər əvvəlcə bu cür taktikaların əleyhinə çıxış edib, lakin sonra onun effektivliyinə əmin olaraq razılaşıblar. Femen Les féministes venues du froid , :en:Paris Match (18 February 2012) 2010-cu ildən başlayaraq yarıçılpaq etirazlar femen nümayişlərində adi taktikaya çevrilib.Femen Les féministes venues du froid , :en:Paris Match (18 February 2012)
2011-ci ilin sonunda Aleksandra Şevçenko İnna Şevçenko və Yevgeniya Krayzmanla birlikdə beynəlxalq səviyyədə aksiya keçirmək qərarına gəldilər.
31 oktyabr 2011-ci ildə onlar Beynəlxalq Valyuta Fondunun sədri Dominik Strauss-Kana, 5 noyabr 2011-ci ildə Romada Silvio Berluskoniyə, ertəsi gün Vatikanda Papaya, 10 noyabr 2011-ci ildə Sürixdə fahişəliyə qarşı etiraz etdilər. Aleksandra Şevçenko 2011-ci il dekabrın 9-da Moskvada Xilaskar Məsihin Katedralində Vladimir Putinə qarşı etiraz aksiyasında iştirak edib.
2013-cü ildə Aleksandra Şevçenko Berlində FEMEN təlim mərkəzini açıb. 9 fevral 2013-cü ildə Berlin Film Festivalında çılpaq sinəsinə “Stop Cutting Cutting My Pussy” sözləri yazılmış qadın sünnətinə etiraz edib. 6 mart 2013-cü ildə FEMEN fəalları fransız yazıçısı Qalya Akermanla əməkdaşlıq edərək, fransız dilində “FEMEN” adlı ilk kitablarını nəşr ediblər.
Aleksandra Şevçenko Ukraynada ona göstərilən təzyiq səbəbindən vətənini tərk etmək məcburiyyətində qalıb. O, 2013-cü ilin avqustunda Fransadan siyasi sığınacaq alıb.У колишньому офісі Femen відкрили книжкову крамницю In the former office Femen opened a bookstore , :uk:Ukrayinska Pravda (23 October 2013)Активістки Femen втекли з України Femen activists fled from Ukraine , :uk:Ukrayinska Pravda (31 August 2013)Femen закриє офіс в Україні, але діяльність не припинить Femen closes office in Ukraine, however, the activities do not stop , :uk:Ukrayinska Pravda (27 August 2013) Kitabı Ackerman, Galia, with Anna Hutsol, Oksana Shachko, Alexandra 'Sasha' Shevchenko, & Inna Shevchenko, FEMEN, Published by Calmann-Lévy (Paris 2013), 280 pages. . (French language publication) Şəxsi həyatı 2014-cü ildə Sevastopoldan olan fotojurnalist Dmitri Kostyukovla nigaha girib. Onlar 2013-cü ildə "New York Times" üçün FEMEN haqqında məqalə üzərində işləyərkən tanış olublar. Bu nihgahdan Aleksandra Şevçenkonun Tim adlı bir oğlu var. Hazırda Aleksandra Şevçenko ailəsi ilə birlikdə Parisdə yaşayır.
İstinadlar
Xarici keçidlər
FEMEN website