Saməddin Fəxrəddin oğlu Əsədov (1985, Bakı) — 2025-ci ildən etibarən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavinidir.

Karyera 2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışmışdır.

2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələrdə çalışmışdır.

2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərmiş.

2021-2025-ci illərdə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri kimi fəaliyyət göstərmiş.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-ci ildə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

Təhsil 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2008-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini bitirib.

2013-cü ildə ADA universitetinin "Executive Education" və "Maastricht School of Management" Strateji İdarəetmə üzrə ixtisasartırma proqramının məzunu olub.

2020-ci ildə ADA və Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramında iştirak etmişdir.

İstinadlar