Fiolent (, ) — Krım yarımadasının cənub-qərbində, Herakles yarımdasında burun. Burun Sevastopolun Balaklavskiy rayonunda yerləşir. Burun ərazisində eyni adlı yasaqlıq mövcuddur.
Adlandırılması Fiolent adı ilə yanaşı burun digər adlarla da tanınır: Parteniy, Felenk-Burun, Monastr-Burun, Müqəddəs Qeorqiya burnu. Ehtimal olunan ən qədim ad Parteniydir (). Adın mənşəyi qədim yunan mifologiyası olan İfigeniya ilə bağlıdır. Bu mifdən bir çox şairlər və yazıçılar, kompozitorlar, rəssamlar öz yaradıcılığında istifadə etmişlər: Evripid, Esxil, Göte, Puşkin, Qlyuk, Ayvasovski və s.
Ümumi məlumat Fiolent burnu Sevastopol şəhərinin mərkəzindən 15 km qərbdə yerləşir. Bu ərazidən Krım dağları başlayır. Burun ərazisinin süxurları əsasən vulkan mənşəli olub orta yura dövrünə aiddir (152—163 milyon il əvvəl). Vulkan mənşəli süxurlardan daha çox spilitlər və keratofirlər üstünlük təşkil edir. Dəniz abraziyası və eol prosesləri nəticəsində parçalanmş süxurların yerində Yəşəm çimərliyi, Orest və Pilad tipli qayalar formalaşıb.
1996-cı ilin 20 avqustunda ərazidə eyni adlı landşaft yasaqlığı yaradılıb. Yasaqlığın sahəsi 31,7 hektardır.
Tarixi mənbələr görə Krıma gələn apostol Həvari Andrey ilk dəfə məhs Fiolent burnuna ayaq basıb. Müasir dövrdə Fiolent burnunda Qeorqievskiy kişi monastrı fəaliyyət göstərir.
Yaz-yay ayalarında burun ərazisi ekstrimaların sevimli məkanına çevrilir. Roup-jampinq və kayakinq üçün ərazi çox əlverişlidir.
Ərazidə yayılan bitkilərdən Atlantika püstəsi relikt ağac hesab olunur. Quraqlığa, istiyə və şaxtaya davamlı olan bu ağacın kökləri özünə məxsus struktura malikdir. Ağacın kökləri bir neçə yarusadan ibarət olmaqla 30-40 metr kənara, 12-15 metr dərinliyə gedə bilir.
Xarici keçidlər
Мис Фіолент на Вікімапії Віртуальна екскурсія по Фіоленту Корда И. Мис Фіолент. Книга про мис Фіолент Легенди та міфи про Фіолент
İstinadlar Kateqoriya:Sönmüş vulkanlar Kateqoriya:Kateqoriya BTMİ IV