Destroy Lonely () — ABŞ repçisi; müğənni-mahnı yazarı. Onun ilk studiya albomu "If Looks Could Kill" (2023) ABŞ-nin "Billboard 200" çartında 18-ci yerə qədər yüksəlib. Bundan əvvəl beşinci miksteypi "No Stylist" (2022) onun bu çartda 91-ci yerdə ilk dəfə yer almasına səbəb olub.

Destroy Lonely 2021-ci ilin əvvəlində həmyerlisi, repçi Playboi Carti-nin "Interscope Records"un alt leyblı olan "Opium" leyblı ilə müqavilə bağlayıb. O, tez-tez eyni leybldan olan həmkarları - repçi Ken Carson və trep dueti "Homixide Gang" ilə əməkdaşlıq edir. "Rolling Stone" jurnalı Destroy Lonely-ni "dinamik, lakin gurultulu" instrumental musiqisi və tünd rəngli geyimlər və məşhur brendlərdən ibarət özünəməxsus səhnə estetikası ilə xarakterizə edir.

Şəxsi həyatı İki kiçik ögey bacısı və bir böyük ögey qardaşı var, Liberiya əsillidir. Atası Ludacris-in "Disturbing tha Peace" leyblının üzvü olan repçi I-20-dir. Altıncı sinifdən evdə təhsil alıb, sonra 9-cu və 10-cu siniflərdə yenidən dövlət məktəbinə qayıdıb və bu dövrdə Xanax dərmanından sui-istifadə etdiyini xatırlayır. Səhnə adındakı "Destroy" hissəsinin mənşəyini narkotik maddələrdən istifadənin onu məhv etdiyini hiss etməsi ilə əlaqələndirir. Yeniyetməlik illərini tənhalıqda keçirib və səhnə adındakı "Lonely" hissəsinin mənşəyini bununla əlaqələndirir.

2024-cü ilin əvvəlində keçmiş sevgilisi "X" platformasında onu məişət zorakılığında ittiham edib. Destroy Lonely bu iddiaları rədd edib. 2024-cü ilin noyabrında onun yeni sevgilisi Shannade Clermont ilə yanacaqdoldurma məntəqəsində dalaşdığı video viral olub. O, özünü müdafiə edərək bunun sadəcə mübahisə olduğunu bildirib.

Diskoqrafiya Studiya albomları If Looks Could Kill (2023) Love Last Forever (2024)

İstinadlar

Kateqoriya:Interscope Records artistləri Kateqoriya:ABŞ repçiləri Kateqoriya:XXI əsr ABŞ repçiləri