Ahmedowsky Trio — Azərbaycan caz musiqi qrupu.
Bioqrafiya 2016-cı ildə Babək Əhmədov (Ahmedowsky) tərəfindən qurulub. Qrupun musiqi üslubu əsasən caz, neo-funk, caz-muğam və ya asid caz kimi təsvir edilir. Qrup Azərbaycandakı Hard Rock Cafe kimi yerli səhnələrdən əlavə, Gürcüstanda One Caucasus Festival, Türkiyədə İstanbul Caz Festivalında və başqa xarici ölkələrdə konsertlərlə çıxış edib. Qrupun ilk albomu "Sketches of Vagif" 20 dəqiqəlik olub Vaqif Mustafazadənin yaradıcılığına həsr edilmişdi. Qrup daha sonra 2018-ci ildə Caspian Broadcasting və 2024-cü ildə Yollar adlı albomlar yayımlayıb.
Diskoqrafiya
EP Albomları Albomun adıÇıxış tarixiSketches of Vagif28 aprel 2017Yollar14 mart 2024
Albomları Albomun adıÇıxış tarixiCaspian Broadcasting22 iyun 2018
Saundtreklər
The Departure (2021)
İstinadlar
Kateqoriya:Azərbaycan caz musiqi qrupları Kateqoriya:2016-cı ildə yaranan musiqi qrupları