Okan Konuralp () — jurnalist və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış deputatı.

Həyatı Okan Konuralp 1973-cü ildə Sakarya ilinin Adapazarı ilçəsində anadan olub. ODTÜ Sosiologiya bölməsini bitirib. 1998-ci ildə Uğur Mumcu Araşdırmaçı Jurnalistlər Vəqfində təhsilini başa vurub.

Müxtəlif media qurumlarında jurnalist olaraq çalışıb. 2004–2015-ci illərdə "Hürriyet" qəzetində silsilə məqalələri dərc olunub. 2020–2023-cü illərdə Radio və Televiziya Ali Şurası (RTÜK) üzvü vəzifəsində çalışıb.

Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2015–2020-ci illərdə Cümhuriyyət Xalq Partiyası sədrinin media üzrə koordinatoru vəzifəsində çalışıb. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Rəqəmsal Media Komissiyasının üzvü olub.

İngiliscə bilir. Evlidir və iki övladı var.

İstinadlar

Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:TBMM XXVIII çağırış deputatları