XPeng Inc. və ya XPeng Motors (Çincə 广州小鹏汽车科技有限公司; Pinyin Guangzhou Xiao Peng Qi Che Ke Ji You Xian Gong Si) Çin avtomobil şirkətidir. Şirkət "ağıllı" elektrikli avtomobillər (o cümlədən avtonom avtomobilləri) istehsal edir. XPeng eyni zamanda avtomobillərin servisi və icarəsi, enerji doldurma stansiyalarının işlənməsi, avtonom idarə sistemləri, proqram təminatları, lidarların istehsalı ilə məşğuldur. 2014-cü ildə təsis edilmişdir, baş ofisi Quançjouda yerləşir.
Tarix 2014-cükün iyununda He Xiaopeng (UCWeb-ənin təsiscisi və keçmiş Alibaba Group idarəçisi), Xia Heng və He Tao (keçmiş GAC Group işcisi), eləcə də Lei Jun (Xiaomi-nin təsiscisi) tərəfindən təsis olunub. 2017-ci ilin oktyabrında XPeng öz ilk modeli olan G3 krossoverinin serial istehsalına başladı.
2019-cu ilin noyabrında şirkətin strateji investoru Xiaomi oldu. 2020-ci ilin iyununda şirkətin P7 sedanının istehsalı başlandı və bu model Zhaoqing zavodunda hazırlanıb. Bundan əvvəl şirkət avtomobillərini Haima Auto zavodlarında istehsal edirdi.
XPeng 2021-ci ildə ilk dəfə Norveç bazarına daxil olaraq elektrikli avtomobillər ixrac etməyə başladı. 2021-ci ilin yekununda şirkət 98 min avtomobil satıb, bu da Çinin yeni enerji mənbələri ilə çalışan avtomobil bazarında 3%-lik pay deməkdir.
Fəaliyyət XPeng-in montaj zavodları Zhaoqing (200 min avtomobil illik), Quançjouda (100 min avtomobil illik) və Wuhan (100 min avtomobil illik) şəhərlərində yerləşir. Şirkətin ofisləri Pekin, Şanxay, Mountain View (ABŞ), San Diego və Amsterdamda vardır.
Azərbaycanda fəaliyyət XPeng Azərbaycan — XPeng şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi və distribütoru. Şirkət 2023-cü ildə Bakı şəhərində təsis edilmişdir və elektrik avtomobillərinin satışı və servisi ilə məşğuldur.
Azərbaycanda təqdim olunan modellər: XPeng G6 – Kompakt elektrikli krossover, yüksək texnologiya ilə təchiz edilmişdir. Avtomobil inkişaf etmiş batareya texnologiyası və geniş interyer sahəsi təklif edir. XPeng P7 – Premium elektrikli sedan, aerodinamik dizaynı və yüksək performanslı sürüş xüsusiyyətləri ilə seçilir. XPeng G9 – Ailəvi tam ölçülü elektrikli SUV, geniş interyer və inkişaf etmiş sürüş texnologiyaları təklif edir.
Şirkət Azərbaycanda enerji doldurma stansiyaları şəbəkəsinin yaradılmasını planlaşdırır və gələcəkdə yerli avtomobil bazarında liderlik etməyi qarşısına məqsəd qoymuşdur.
Qeyd
Model sırası Krossover XPeng G3 (2018) Sedan XPeng P7 (2020) Sedan XPeng P5 (2021) SUV XPeng G9 (2022) SUV XPeng G6 (2023) Miniven XPeng X9 (2024) Sedan XPeng Mona M03 (2024) Elektrikli hava vasitəsi XPeng Voyager X2 (2024)
Qalereya
Xarici keçid Rəsmi sayt XPeng Azərbaycan Rəsmi Saytı XPeng Motors: Çinin Elektromobil İnnovasiyasındakı Lideri
Kateqoriya:Çinin avtomobil istehsalçıları Kateqoriya:Quançjou şirkətlər Kateqoriya:Elektrikli avtomobil istehsalçıları
Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Çin brendləri Kateqoriya:Avtomobil markaları