thumb|Bir prosessorda işləyən iki icra tredi olan proses 300px|thumb|Proqram vs. Proses vs. Tred Zamanlayıcı, Preemption, Məzmun dəyişimi Axın () və ya tred — kompüter proqramında çoxaxınlılıqdan istifadə edən tapşırıq və ya proses. İnformatikada işin icrasının axını adətən əməliyyat sisteminin bir hissəsi olan zamanlayıcı tərəfindən müstəqil şəkildə idarə oluna bilən proqramlaşdırılmış təlimatların ən kiçik ardıcıllığıdır. Əksər hallarda axın prosesin bir hissəsi olur.

Müəyyən bir prosesin çoxsaylı axınları eyni vaxtda yerinə yetirilə bilər (çoxaxınlılıq vasitəsilə), yaddaş kimi resursları paylaşa bilər, ancaq müxtəlif proseslər isə resursları paylaşmır. Xüsusilə, prosesin axınları istənilən vaxt onun icra oluna bilən kodunu və dinamik olaraq yer ayrılmış dəyişənlərin və axının özündə olmayan qlobal dəyişənlərin dəyərlərini paylaşır.

Axınların və proseslərin həyata keçirilməsi müxtəlif əməliyyat sistemləri arasında fərqlənir. Endrü Tanenbaum "Müasir Əməliyyat Sistemləri" kitabında prosesin təşkilinin bir çox fərqli modellərinin mümkün olduğunu göstərir.

Həmçinin bax

Çoxaxınlılıq (informatika)

İstinadlar

Əlavə ədəbiyyat

David R. Butenhof: Programming with POSIX Threads, Addison-Wesley, Bradford Nichols, Dick Buttlar, Jacqueline Proulx Farell: Pthreads Programming, O'Reilly & Associates, Paul Hyde: Java Thread Programming, Sams, Jim Beveridge, Robert Wiener: Multithreading Applications in Win32, Addison-Wesley, Uresh Vahalia: Unix Internals: the New Frontiers, Prentice Hall,

Xarici keçidlər

Kateqoriya:Kompüter terminləri