— Yaponiyalı videooyun dizayneri. Karyerasına 1994-cü ildə "Capcom" şirkətinə qoşularaq başlayıb. Onun rəhbərliyi ilə, şirkətin istehsalı olan videooyunlar "Resident Evil 2", "Devil May Cry", "Viewtiful Joe" və "Ōkami" ərsəyə gəlmişdir. 2004–2006-cı illərdə o, şirkətə məxsus olan "Clover Studio" oyun şirkətində çalışıb. Kamiya 2006-cı ildə şirkətdən ayrıldıqdan sonra keçmiş iş yoldaşları ilə birlikdə "PlatinumGames" oyun studiyasını təsis etmişdir. O, 2017-ci ildən 2023-cü ilə qədər bu şirkətdə vitse prezident vəsifəsini icra etmiş və daha sonra şirkətlə yollarını ayırmışdır.
İstinadlar
Xarici keçidlər PlatinumGames website
Kateqoriya:Oyun istehsalçıları