Navarra krallığı ( , , , ) — orta əsr bask krallığı. 1162-ci ilə qədər Pamplona krallığı adlanırdı. Buraya Atlantik okeanının yaxınlığındakı Pireney dağlarının hər iki tərəfindəki ərazilər - İspaniyanın şimalında müasir Navarra muxtariyyəti və müasir Fransanın cənubunda Atlantik Pireney daxil idi. Krallıq IX əsrin əvvəllərindən mövcud olmuşdur. 1513-cü ildə Navarranın cənubu Araqon kralı II Ferdinand tərəfindən fəth edilmiş və İspaniya krallığının bir hissəsi olmuşdur. Navarranın şimalı 1589-cu ilə qədər, onun kralı III Henrix de Burbon IV Henrix adı ilə Fransa kralı olana qədər müstəqil qalmış, bundan sonra Navarra krallığı 1620-ci ildə Fransaya birləşdirilmişdir.
İstinadlar
Kateqoriya:Bask tarixi Kateqoriya:Pireney yarımadasının tarixi dövlətləri Kateqoriya:Tarixi Avropa monarxiyaları Kateqoriya:İspaniya orta əsrlərdə Kateqoriya:İspaniyanın erkən modern dövr tarixi Kateqoriya:Krallıqlar Kateqoriya:Tarixi krallıqlar Kateqoriya:Fransa tarixindəki dövlətlər