Hayfon və ya Xayfon (, – HayfonqИнструкция по русской передаче географических названий Вьетнама / Сост. Я. А. Миропольский; Ред. Г. Е. Тихонова. — М., 1973. — 63 с. — 350 экз. — С. 19.) — Vyetnamda şəhər, ölkənin şimalının ən böyük şəhəri. Xonqxa çayı deltasında, Cənubi Çin dənizinin Bakbo körfəzinə axan Kinhmon çayı üzərində yerləşir. Əhalisinin sayı 1,8 milyon nəfərdir; Hoşimin və Hanoydan sonra ölkədə üçüncüdür. Vyetnamın mərkəzi tabeliyində olan beş şəhərdən biridir.
Tarixi Təməlinin dəqiq vaxtı məlum deyil, lakin Hayfon limanı ən azı bir neçə əsrdir ki, mövcuddur. Vyetnam Fransa tərəfindən müstəmləkə edildikdən sonra bura Fransanın ən mühüm dəniz bazalarından birinə çevrilmiş, "Tonkin Venesiyası" ləqəbini almışdır. İkinci Dünya müharibəsi zamanı Yaponiya tərəfindən işğal olunmuşdur.
1954-cü ilin oktyabrında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə kommunist Şimali Vyetnamdan Cənubi Vyetnamın paytaxtı Sayqona 293,000 qaçqın evakuasiya edildiyi "Azadlığa reys" əməliyyatının başlanğıc nöqtəsi olmuşdur. 1972-ci ildə Şimali Vyetnamın yeganə böyük limanı olduğu üçün Amerika təyyarələrinin bombardmanı nəticəsində ciddi ziyan görmüşdür.
İqtisadiyyatı Müharibədən sonra böyük ticarət və sənaye mərkəzi kimi yenidən qurulmuşdur. Balıqçılıq inkişaf etmişdir. Halonq buxtasına gedən turistlər üçün başlanğıc nöqtələrindən biridir.
Müdafiə Nazirliyinin Z189 (189-cu gəmiqayırma şirkəti) tərəfindən idarə olunan dövlət gəmiqayırma zavodu var.
Nəqliyyatı Hayfon Hanoydan 108 km şimal-şərqdə yerləşir. Onunla dəmiryolu xətti və pullu avtomobil yolu ilə birləşir. Vyetnamda ikinci ən böyük dəniz limanıdır.
İstinadlar
Xarici keçidlər Official Website of Haiphong City Official Website of Haiphong Tourism. History of Haiphong Vietnam: DanDuongDi Review- interactive Google Map with specific sites and historic views of the city from French colonial times.
Kateqoriya:Vyetnam şəhərləri