Reggina (ital. Reggina Calcio) — Calabria şəhərini təmsil edən İtaliya futbol klubudur. 1914-cü ildə qurulan İtaliyanın ikinci ən vacib liqası olan B Seriyasında oynayır. Ev stadionu 26343 tamaşaçı qəbul edə bilən "Oreste Granillodur".

Komandanın ən yüksək nəticəsi 2004/05 mövsümündə "Seriya A " 10-cu nəticədir. 2006/07 mövsümündə Regina 8-ci yeri tuta bilərdi, lakin 11 xalı çıxdıqdan sonra komanda yekun sıralamada mövsümü 14-cü yerdə başa vurdu.

2012-ci il yanvarın 8-də Roberto Bredanın istefasından sonra bu posta təyin olunan Ancelo Qrequççi Reginanın baş məşqçisi olub. 2 iyul 2012-ci ildə komandanın keçmiş oyunçusu Davide Dionigi baş məşqçi oldu. Komandanın kapitanı Emiliano Bonazzolidir. Klubun hal hzırda baş məşqçisi İtaliya futbolinun canlı əfsanəsi Filippo İnzagidir.

Uğurları Reggina klubu 1919/20 və 1964/65-ci illərdə 2 dəfə "Seria C " çempionluğu qazamışdır.

Transferləri Klubun ən bahalı satış transferi 2007/08 mövsümündə 13 milyon avroya satdığı 24 yaşlı italiyalı Rolando Biançidir. Ən baha aldığı futbolçu isə 4.8 milyon avroya 2002/03 mövsümündə 25 yaşlı paraqvaylı Karlos Paredes olmuşdur.

Klub rekordçuları Klubda ən çox oyun keçirmiş futbolçu italiyalı mərkəs müdfiəçisi Simone Giacchetta olmuşdur. O ümumilikdə 292 oyuna çıxmış və 16 qol vurmuşdur. Klubun bombardiri isə 51 qolla italiyalı hücumameyilli yarımmüdafiəçi Francesco Cozzadır. O 252 oyunda 51 qol vurmuş və 21 asistlə yadda qalmışdır.

Digər məlumatlar Kluba qarşı oyunlarda ən çox qol vurmuş futbolçu argentinalı Hernán Crespodur. O 11 oyunda Reggina klubuna 10 qol vurmağı bacarmışdır.

Tommaso Aglietti adlı qapıçı 2022/23 mövsümündən bu yana 11 nömrəli forma il çıxış edir.

İstinadlar

Xarici keçidlər

Sportitalia (8 yanvar 2012). Архивировано 5 марта 2016 года. Дата обращения: 15 января 2012. http://www.sportitalia.com/?action=read&idnotizia=72052 https://www.transfermarkt.com.tr/reggina-1914/rekordabgaenge/verein/1386 https://www.transfermarkt.com.tr/reggina-1914/rekordspieler/verein/1386/wettbewerb_id/alle/position/alle/aktive/alle/detailposition/alle/plus/1 https://www.transfermarkt.com.tr/reggina-1914/vereinsschreck/verein/1386

Kateqoriya:İtaliya futbol klubları Kateqoriya:1914-cü ildə yaradılmış futbol klubları Kateqoriya:A Seriyası klubları Kateqoriya:B Seriyası klubları Kateqoriya:C Seriyası klubları