Macarıstan Futbol Federasiyası () — Macarıstanda futbola nəzarət edən və idarə edən təşkilat. Mərkəzi ofisi Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşir.
Tarixi Macarıstan Futbol Federasiyası 1901-ci ildə yaradılıb. Federasiya 1907-ci ildə FİFA-ya, 1954-cü ildə isə, təşkilat yaradıldıqdan dərhal sonra UEFA-ya qoşulub.
Fəaliyyəti Federasiya milli futbol komandalarının (kişi, qadın, gənclər) fəaliyyətini təşkil edir və onlara rəhbərlik edir. Federasiyanın himayəsi altında kişilər və qadınlar arasında Macarıstan çempionatları, eləcə də bir çox başqa yarışlar keçirilir.
Yarışlar Macarıstan Futbol Assosiasiyası aşağıdakı yarışların təşkilinə cavabdehdir:
Kişi futbolu
Milli Çempionat I (Səviyyə 1) Milli Çempionat II (Səviyyə 2) Milli Çempionat III (Səviyyə 3) – üç bölmə (Şərq, Mərkəzi, Qərb) Rayon Çempionatı I (Səviyyə 4) — on doqquz bölmə (rayon) Qadın futbolu Milli Çempionat I (qadınlar) (Səviyyə 1) II Milli Çempionat (qadınlar) (Səviyyə 2) – iki bölmə (Şərq, Qərb) Kuboklar Macarıstan Kuboku — Kişilər Macarıstan Kuboku (qadınlar) – Qadınlar Futzal Milli Çempionat I (Səviyyə 1) Macarıstan Kuboku — Kişilər Milli Çempionat I (qadınlar) (Səviyyə 1) Macarıstan Kuboku (qadınlar) – Qadınlar Çimərlik futbolu Milli Çimərlik Futbolu Liqası (Səviyyə 1)
Milli komandalar Kişi
Macarıstan milli futbol komandası
Macarıstanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Macarıstanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Macarıstanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Macarıstanın 16 yaşadək futbolçulardan ibarət milli komandası Macarıstan milli futzal komandası Çimərlik futbolu üzrə Macarıstan milli komandası
Qadın
Macarıstan qadın milli futbol komandası Macarıstanın 19 yaşadək qadınlardan ibarət milli futbol komandası Macarıstanın 17 yaşadək qadınlardan ibarət milli futbol komandası
İstinadlar
Kateqoriya:UEFA-nın üzv assosiasiyaları Kateqoriya:Macarıstanda futbol Kateqoriya:Futbol təşkilatları