Rumıniya Futbol Federasiyası () — Rumıniyada futbolun idarəedici orqanıdır. Mərkəzi ofisi Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşir. Müvafiq olaraq 1923 və 1955-ci ildən FİFA və UEFA üzvüdur.

Tarixi 1909-cu ildə futbolçuların fəaliyyəti üçün ilk rəhbər orqan olan Rumıniyada İdman Klubları Assosiasiyası yaranır. O, sonradan "Futbol Klubları Assosiasiyası"na çevrilir. Assosiasiyası qərargahı Buxarestdə və ilk prezidenti isə Mario Gebauer olur. Həmçinin 1909-cu ildə Rumıniyada ilk milli futbol çempionatı başlayır. Çempionatın qalibi, 1904-cü ildə qurulan və Rumıniyanın ilk komandası olan "Olimpia" Buxarest klubu olur.

1 dekabr 1912-ci ildə "Futbol Klubları Assosiasiyası" 1912-ci ildə də yaradılmış Rumıniya İdman Assosiasiyaları Federasiyasının bir hissəsi olan Mərkəzi Futbol Assosiasiyası Komissiyasına (prezident Mario Gebaur, katib Lazar Breyer) qoşulur.

1910-cu ildə "CA Oradea" və "Çin Timisoara", 1911-ci ildə "AMFA Arad", 1915-ci ildə "Venera Buxarest" və "Prahova Ployeşti" komandaları, 1916-cı ildə "Tələbə İdmanı Buxarest" kimi futbol klubları yaranır."Rumıniyada Bədən Tərbiyəsi və İdman Ensiklopediyası"

Rumıniya millisi fəaliyyətə 1922-ci ildə başlayır. Komanda ilk oyununu 1922-ci il iyunun 8-də Belqradda Yuqoslaviyaya qarşı keçirir və həmin oyunda 2:1 hesabı ilə qalib gəlir.

4 may 2009-cu ildə yaradılmasının 100 illiyi münasibətilə Rumıniya Futbol Federasiyası Rumıniya idmanına xidmətindəki bütün fəaliyyətinə görə, 2-ci dərəcəli "İdmanda fərqlənmə" ordeni ilə təltif edilmişdir.

Fəaliyyəti Təşkil etdiyi yarışlar:

Birinci Liqa

İkinci Liqa

III Liqa

Rumıniya Kuboku

Liqa Kuboku

Rumıniya Superkuboku

Liqa I (qadın)

İkinci Liqa (qadınlar)

Üçüncü Liqa (qadınlar)

I Liqa (futzal)

İstinadlar

Kateqoriya:UEFA-nın üzv assosiasiyaları Kateqoriya:Rumıniyada futbol Kateqoriya:Futbol təşkilatları