Mikola Voroxta (; ) – Odessa şəhərində yaşayan və fəaliyyət göstərən Ukrayna rəssamı. 2014-cü ildə Ukraynanın əməkdar artisti adına layiq görülmüşdür.
Həyatı Mikola Voroxta 1971-ci ildə Odessa Pedaqoji İnstitutunun incəsənət fakültəsini bitirmişdir. 1974–1998-ci illərdə Odessa Dövlət İnşaat Mühəndisliyi və Memarlıq Akademiyasının incəsənət bölməsində mühazirələr vermişdir. 1995-ci ildə Ukrayna Rəssamlarının Milli İttifaqının üzvlüyünə qəbul edilmişdir.
Onun rəsm işləri Ukrayna Mədəniyyət Nazirliyi, Slovakiyanın Ukrayna və Rusiya Mədəniyyəti Muzeyi, Palanok Tarix Muzeyi, Odessa Qərb və Şərq İncəsənəti Muzeyi və İlliçivsk İncəsənət Muzeyinin kolleksiyalarına daxil edilmişdir. Bundan əlavə, Ukrayna, Rusiya, Birləşmiş Krallıq, ABŞ, Fransa, Yaponiya, İsveçrə, Norveç, İtaliya, Portuqaliya, Almaniya, Çin və başqa ölkələrdə şəxsi kolleksiyalarda onun əsərlərinə rast gəlmək mümkündür. "Zgurt" adlı rəssam qrupunun yaradıcısı və başçısıdır.About the Zgurt group Odessa Regional Şurası mədəniyyət və incəsənət sahələrindəki töhfələrinə görə ona fəxri diplom təqdim etmişdir.
İstinadlar
Biblioqrafiya Zakarpattya
Xarici keçidlər Şəxsi saytı
Kateqoriya:Ukrayna rəssamları