Azərbaycan–Konqo Demokratik Respublikası münasibətləri — Azərbaycan Respublikası ilə Konqo Demokratik Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər.
Diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Konqonun xarici işlər naziri Aleksis Tambve Mvamba arasında rəsmi görüş keçirilmişdir. Bu görüşdə tərəflər diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanmışdır.
İqtisadi əməkdaşlıq BMT-nin 2017-ci il statistikasına əsasən Azərbaycanın Konqoya ixracının həcmi 92,610 ABŞ dolları təşkil etmişdir. BMT-nin 2018-ci il statistikasına əsasən, Konqonun Azərbaycana ixracının həcmi təqribən 50,700 ABŞ dolları təşkil etmişdir. BMT-nin 2019-cu il statistikasına əsasən, Konqonun Azərbaycana ixracının həcmi 60,100 ABŞ dolları təşkil etmişdir.
Regional enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Hərbi-texniki əməkdaşlıq Ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq mövcuddur. 2016-cı ilin sentyabr ayında Azərbaycan Konqoya 10 ədəd modernləşdirilmiş ZTR-70 zirehli transportyoru ixrac etmişdir.
İstinadlar
Xarici keçidlər İkitərəfli münasibətlər
Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Konqo Demokratik Respublikasının ikitərəfli əlaqələri