Kərkük qətliamı — 4 may 1924-cü ildə aysor çağırışçılar tərəfindən İraqda Britaniya mandatlığında, Kərkük şəhərinin əhalisinə qarşı qətliam.

Zəmin 1924-cü ilin əvvəlində Mahmud Bərzənci üsyanları zamanı Britaniya imperiyası kürdlərin yaşadığı Süleymaniyyə şəhərini ələ keçirmək məqsədilə quru qoşunları kimi istifadə etmək üçün Kərkük vilayətinə aysor çağırışçıları yerləşdirmişdir.

Qətliam 4 mayda yerli bazarda qiymətlərlə bağlı mübahisə baş vermiş və fiziki davaya səbəb olmuşdur. Çağırışçılar daha sonra öz düşərgələrinə qayıtmış, tüfəngləri və silahlıları toplamışdılar. "Xarici İşlər üzrə Britaniya Sənədləri – Xarici İşlər Nazirliyinin hesabatları və sənədlərinin məxfi çapı: İbn Səudun genişlənməsi, 1922–1925" nəşrinə görə, "iki aysor batalyonu daha sonra şəhərə qayıtmış, yolda çayxanalarda oturan bir neçə müsəlmana vəhşicəsinə hücum etmiş, mebelləri dağıtmış və müştəriləri döymüşdülər". Aysor çağırışçılar damlara çıxaraq küçələri və evlərə atəşi tutmuş, dükanları və evləri qarət etmişdilər.

Qətliam zamanı 300-dən çox kürd, ərəb və türkmən həlak olmuşdur, onlarla daha çoxu yaralanmışdır.

İstinadlar

Kateqoriya:Kərkük Kateqoriya:İraq türkmanları Kateqoriya:İraqda qətliamlar