Mübariz Aslan oğlu Süleymanlı () — Azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sosial-mədəni fəaliyyət" kafedrasının müdiri, AAK-ın qeydiyyatında olan "Simurq" kulturoloji jurnalın baş redaktor müavini.
Həyatı Mübariz Aslan oğlu Süleymanlı 15 fevral 1962-ci ildə Azərbaycanın Sabirabad rayonunun Qəzli kəndində dünyaya göz açmışdır.
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Təhsili İbtidai təhsilə 1969-cu ildə başlamış, 1977-ci ildə Qəzli kənd səkkizillik, 1979-cu ildə Quruzma kənd tam orta məktəbini bitirmişdir.
1985-ci ildə Bakı Mədəni-Maarif məktəbini, 1989-cu ildə isə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni-maarif" fakültəsini fərqlənmə diplomları ilə başa vurmuşdur.
Elmi və pedaqoji fəaliyyəti Əmək fəaliyyətinə Azərbaycan Dövlət İncəsənət Universitetində 1989-cu ildə laborant kimi başlayan Mübariz Süleymanlı, sonralar müəllim, baş müəllim, dosent və professor vəzifələrinə qədər ucalıb. Hazırda universitetin "Sosial-mədəni fəaliyyət" kafedrasına rəhbərlik edir.
O, 2000-ci ildə "M. Ə. Rəsulzadə və Azərbaycan mədəniyyəti" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək sənətşünaslıq ixtisası üzrə elmi dərəcə almışdır.
M. Süleymanlı 2001-ci ildən 2009-cu ilə qədər təsisçisi olduğu və AAK-ın qeydiyyatına saldırdığı "Mədəniyyət dünyası" jurnalının baş redaktoru olub. Hazırda AAK-ın qeydiyyatında olan "Simurq" kulturoloji jurnalın baş redaktor müavinidir. "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası idarə heyətinin üzvü və Kulturoloqlar Cəmiyyətinin sədr müavinidir.
2014-cü ildə isə "XX əsrin əvvəllərində Azərbaycan kulturoloji fikri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
O, 2003-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2016-cı ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın "Fəlsəfə, psixologiya və sosiologiya elmləri üzrə ekspert şurası"nın üzvüdür.
M. Süleymanlı 5 monoqrafiyanın, 5 dərsliyin, 3 metodik vəsaitin, 10-dan çox tədris proqramının və 100-dən çox elmi məqalənin müəllifidir.Azərbaycan Milli Kitabxanasının Elektron kataloqunda professor Mübariz Süleymanlının elmi əsərlərinin siyahısı
Alimin məhsuldar elmi fəaliyyətinin nəticəsi olan "Əhməd Ağaoğlunun ilk elmi əsəri: Şiə dinində məzdəki inancları", "Əhməd Ağaoğlunun "İslama görə və islamiyyətdə qadın" əsərinə elmi-tənqidi yanaşmalar", "Azərbaycan kulturoloji fikir tarixindən (XX əsrin əvvəlləri)" və "Kulturoloji irsin tədqiqi problemləri (XX əsrin əvvəllərinin mənbələri əsasında)" monoqrafiyaları oxucular və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
İstinadlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Sabirabadda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları