Bernardo Doroteo Reyes Oqazon (; ) — Meksika generalı və siyasətçisi.
Həyatı Bernardo Doroteo Reyes Oqazon 30 avqust 1850-ci ildə Qvadalaxarada anadan olmuşdur. O, 1902-ci ildən Nuevo-Leon qubernatoru, 1901-1903-cü illərdə hərb naziri olmuşdur. 1909-cu ildə özünü respublika prezidentliyinə namizəd kimi təqdim etmişdir. Buna baxmayaraq, Porfirio Diasın düşmənçiliyini nəzərə alaraq, o, Meksikanı tərk edərək Avropaya mühacirət etmişdir. 1911-ci ildə Diasın hakimiyyətinin süqutundan sonra Meksikaya qayıtmışdır. Onun Fransisko İqnasio Maderoya qarşı çevriliş etmək cəhdi uğursuz olmuşdur. Reyes iki il sonra Maderonu devirmək üçün Feliks Dias və Viktoriano Uerta ilə birləşmiş, lakin prezident sarayına daxil olanda öldürülmüşdür.
İstinadlar
Xarici keçidlər
IEA:Bernardo Reyes
Kateqoriya:Meksika generalları