Fransisko Xose Muxika Velaskes (; ) — Meksika inqilabçısı, siyasi və hərbi xadimi, general-mayor. Meksika Konstitusiyasının müəlliflərindən biridir. Radikal ideoloq kimi tanınan MuxikaRoderic Ai Camp, «Francisco José Múgica» in Encyclopedia of Latin American History and Culture, vol. 4, p. 131. New York: Charles Scribner’s Sons 1996. Tabasko və Miçoakan ştatlarının, eləcə də o vaxtkı Cənubi Aşağı Kaliforniya ərazisinin qubernatoru vəzifəsində çalışmışdır. Muxika Meksika inqilabının silahlı mərhələsindən sonra Lasaro Kardenasın ideoloji mentoru olmuş və prezident olduğu müddətdə (1934–1940) hökumətə daxil olmuş, milli iqtisadiyyat, rabitə və ictimai işlər katibliklərinə rəhbərlik etmişdir.Enrique Krauze, Mexico: Biography of Power. New York: HarperCollins 1997, 442-44.
İstinadlar
Əlavə ədəbiyyat De María y Campos, Armando. Múgica: Crónica biográfica. 1939 de Palacios, Ana María León. Gral. Francisco J. Mújica: Agrarista, Educador. Comité Editorial del Gobierno de Michoacán, 1985.
Kateqoriya:Meksika siyasətçiləri Kateqoriya:Meksika generalları