Yəhudi müharibəsi konspirasiya nəzəriyyəsi — nasist təbliğatında irəli sürülən antisemit konspirasiya nəzəriyyəsi. Bu konspirasiya nəzəriyyəsində yəhudilərin Nasist Almaniyasına qarşı müharibə apardığı, onların vahid tarixi aktor kimi çıxış edərək İkinci Dünya müharibəsini başlatdığını və Almaniyanın məhv edilməsinə istiqamətində səy göstərdikləri iddia edilirdi. Müharibənin 1939-cu ildə Ümumdünya Sionist Təşkilatının prezidenti Xaim Veytsman tərəfindən elan edildiyini iddia edən nasistlər Almaniyanın nəzarəti altında yaşayan yəhudilərin təqibinə haqq qazandırmaq məqsədilə bu anlayışdan istifadə edərək Holokostun özünümüdafiə olduğunu əsas gətirmişdilər. İkinci Dünya müharibəsinin sonundan bəri bu konspirasiya nəzəriyyəsi neonasistlər və Holokostu inkar edənlər arasında populyardır.
İstinadlar
Kateqoriya:Yəhudilər haqqında konspirasiya nəzəriyyələri Kateqoriya:Nasist propaqandası Kateqoriya:Almaniyada antisemitizm