Bahar oğlu — xalq artisti, bəstəkar Eldar Mansurovun Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi oratoriyası.

Oratoriya "Xalqın baharı", "Dahi sərkərdə", "Heydərnamə" və "Bahar oğlu" adlı dörd hissədən ibarətdir. Oratoriyanın sözlərinin mətni əməkdar incəsənət xadimi şair Baba Vəziroğluya məxsusdur. Oratoriya ulu öndərin yubiley tədbirlərində xalq artisti, müğənni Mübariz Tağıyevin ifasında səslənib.

İstinadlar

Xarici keçidlər Bahar oğlu [Notlar] : oratoriya /musiqi E. Mansurov; söz. B. Vəziroğlu ; fortepiano üçün işləyəni Ə. Rzayev ; ifa M. Tağıyev.

Kateqoriya:Musiqi əsərləri Kateqoriya:Eldar Mansurovun əsərləri Kateqoriya:Oratoriyalar