Qay Yuli Ver Maksimin (), Roma tarixşünaslığında daha çox I Frakiyalı Maksimin () — 235–238-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Frakiya kəndlisinin oğlu olmuş, orduda yüksək rütbələrə çatmışdı. 235-ci ildə əsgərlərin Roma imperatoru Aleksandr Severə (222–235) qarşı qiyamına başçılıq etmiş və imperator elan olunmuşdur. Germanlara, daklara və sarmatlara qarşı müvəffəqiyyətli müharibələr aparmışdı. Onun fiskal zülmünü gücləndirmək siyasəti əhalinin müxtəlif təbəqələrinin üsyanına səbəb olmuşdur. Öz əsgərləri tərəfindən öldürülmüşdür.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Roma imperatorları Kateqoriya:Xristianlıq tarixi Kateqoriya:Gigantizmli şəxslər