Mark Avreli Valeri Maksensi (; ) — 306–312-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru, qəsbkar. O, imperator Maksimianın oğlu, Diokletianın həmkarı idi. 306-cı ildə Roma şəhərinin imperiyada əvvəlki əhəmiyyətini bərpa etməyə çalışan senata və pretorlara arxalanan Maksensi özünü imperator elan etmiş, bütün İtaliya, İspaniya və Şimali Afrika üzərində hakimiyyəti ələ keçirmişdir. Qalliya və Britaniyaya sahib olan I Konstantinlə hakimiyyət uğrunda mübarizə zamanı Maksensi, 312-ci ilin oktyabrında Mulvi körpüsündə döyüşdə məğlub edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Майкл Грант. Римские императоры. М., 1998. С. 254—258
Kateqoriya:Roma qəsbkarları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar