Sergey Nikolayeviç Brızqalin (; ) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1966), Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi (1970–1975), Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.

Həyatı Sergey Nikolayeviç Brızqalin 1917-ci ildə Voronej quberniyasının Voronej şəhərində kəndli ailəsində doğulmuşdur. Orta ixtisas təhsilli olmuşdur. 1938-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1942-ci ildə ordudan tərxis edilmişdir.

1943–1955-ci illərdə neft sənayesində işləmiş — SSRİ Neft Sənayesi Nazirliyi Qərb Rayonlarında Baş Tikinti İdarəsinin Bakı şəhərindəki tikinti idarəsində rəis müavini, sənaye müəssisələri tikintisi idarəsinin rəisi olmuşdur. 1955-ci ilin avqust ayında Masallı rayonundakı "1 May" kolxozunun, 1965-ci ilin yanvar ayında isə həmin rayondakı eyniadlı sovxozun sədri seçilmişdir.

Sergey Brızqalin sonralar Voronej Dövlət Universitetini bitirmiş və 1970–1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

Sergey Brızqalin 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.

Sergey Brızqalin 1977-ci il aprelin 11-də vəfat etmişdir. Moskvadakı Vaqankovo qəbiristanlığında dəfn olunmuşdur.

Təltif və mükafatları Sosialist Əməyi Qəhrəmanı — 30 aprel 1966 ("Lenin" ordeni və "Oraq və çəkic" medalı təqdim edilməklə) "Lenin" ordeni — 30 aprel 1966 "Qırmızı əmək bayrağı" ordeni — 12 dekabr 1973 "Şərəf nişanı" ordeni — 25 avqust 1971

Qeydlər

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər