Yucin Miller Van Rid (; ) – hollandəsilli ABŞ biznesmeni, macəraçısı və diplomatı. Havay krallığının Yaponiyadakı birinci konsulu olmuşdur.
Həyatı Yucin Miller Van Rid 1858-ci ildə San-Fransisko şəhərində yapon dənizçi Cozef Heko ilə tanış olmuş və 1859-cu ildə ABŞ-nin Yaponiyadakı konsulluğunun katibi kimi onunla Yaponiyaya getməyə qərar vermişdir. O, 1859–1872-ci illərdə Yaponiyanın Yokohama və Tokio şəhərlərində yaşamış, 1866–1873-cü illərdə Havay krallığının Yaponiyadakı birinci baş konsulu olmuşdur. Satsuma hanı ilə yaxın biznes əlaqələri quraraq ABŞ diplomatlarını təəccübləndirmişdir. Yaponiyada "Yokohama Shimpo" qəzetini və "Moshio-gusa" jurnalını nəşr etdirmişdir.
Van Rid müxtəlif biznes sahələri ilə məşğul olmuş, 1868-ci ildə Havay krallığına göndərilmiş ilk yapon işçi qrupunu təşkil etmişdir. Onun başçılığı altında 148 yapon Havay adalarındakı şəkər plantasiyalarında işləməyə göndərilmişdir. Van Rid, Havay hökuməti və yapon işəgötürənləri arasında olan razılıq Yaponiya, ABŞ və Havay arasında siyasi çətinliklərə səbəb olsa da, bu məsələ ABŞ-nin Yaponiyadakı səfiri Çarlz De Lonqun müdaxiləsindən sonra həll olunmuşdur.
1873-cü ildə "Japan" gəmisi ilə ABŞ-yə qayıdarkən Sakit okeanın ortasında ölmüş və San-Fransiskoda yerləşən Mason qəbiristanlığında dəfn olunmuşdur.
İncəsənətdə Ukiyo-e sənətçisi Sadahide 1861-ci ildə hazırladığı "Amerika: Van Rid" adlı əsərdə onu təsvir etmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:ABŞ diplomatları Kateqoriya:Yaponiyadakı ABŞ qürbətçiləri Kateqoriya:ABŞ iş adamları Kateqoriya:Havay krallığı şəxsləri Kateqoriya:Hollandəsilli amerikalılar