Məhəmmədzakir Məhəmmədsadıq oğlu Rəmiyev (; ) — tatar ədəbiyyatının klassiki, tanınmış qızıl hasilatçısı və xeyriyyəçi, birinci gildiyanın Orenburq taciri. Birinci çağırış Dövlət Dumasının deputatı (Orenburq vilayətindən), Müsəlman fraksiyasının üzvü. Bioqrafiya 1859-cu ildə Orenburq (1865-ci ildən - Ufa) quberniyasının Sterlitamak qəzasının Zirqan (indi Başqırdıstanın Mələuez rayonunda kənd) kəndində tatar tacirinin ailəsində anadan olub.

Ömrünün çox hissəsini Orenburq vilayətində keçirib, 2 il Türkiyədə təhsil alıb. Zakir Rəmiyev ictimai-siyasi xadim kimi tanınır. Böyük qardaşı Şakir Rəmiyev (1912-ci ildə vəfat edib) ilə birlikdə Orenburqda nəşr olunan liberal müsəlman qəzeti “Vakit” (“Zaman”, 1906-1918) və “Şuro” (“Şura”, 1908-1917) jurnalını nəşr etdirir. Şakir Rəmiyev tanınmış ilahiyyatçı və alimdir. O, Xüseyniyyə mədrəsəsinin (Orenburq) Qəyyumlar Şurasının üzvü idi. O, yüksək təhsilli bir insan idi, Avropanı başdan başa gəzmişdir.

1890-1900-cü illərdə Məhəmmədzakir və Məhəmmədşakir Rəmiyevlər Orsk rayonundakı qızıl mədənlərini valideynlərindən miras alırlar. Burada ümumilikdə 5 tondan çox qızıl çıxarılıb və dövlətə təhvil verilib. Rəmiyevlər mədənlərin texniki təchizatı ilə məşğul olurdular. Rəmiyevlərin mədənlərində 850 işçi çalışırdı. Rəmiyevlərin xeyriyyəçilik fəaliyyəti hamıya məlumdur. Əldə etdikləri gəlirlə tatar yazıçılarının kitablarını nəşr etdirirdilər, tatarlar üçün onlarla təhsil məktəbini saxlayırdılar, ali təhsil ocaqlarında təhsil alan tatar tələbələrə himayədarlıq edirdilər və məscidlər tikdirirdilər. Rəmiyevlərin qızıl torpaq sahələrinin icarəsi haqqında müqavilə bağladıqları başqırdların kəndlərində məscidlər tikilir, mədrəsələr açılır.

1917-ci il Oktyabr inqilabından sonra o, Rusiyada qalır. 1919-cu ilin yanvarında Kazanda tatar dilinin şrifti və orfoqrafiyasına dair 1-ci Ümumrusiya konfransının iştirakçısı olur.

1921-ci il oktyabrın 9-da Orskda vəfat etmişdir. Yaradıcılığı Zakir Rəmiyev ədəbi fəaliyyətlə məşğul idi. O, şeirlərinə farsca qəmli, mərhəmətli mənasını verən Dərdmend təxəllüsü ilə imza atmışdır. Onun şeirləri özünəməxsus füsunkarlığı ilə hopmuş, həzin və melodikdir. İstinadlar

Mənbə Страница семьи Рамеевых Институт Татарской Энциклопедии Семейная энциклопедия Рамеевых ОПЕЧАЛЕННЫЙ И НЕУПОКОЕННЫЙ ДЭРДМЕНД Стихи Дэрдменда в переводе Николая Беляева на русский язык

Kateqoriya:Tatar şairlər Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Rusiya imperiyası I Dövlət Dumasının üzvləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Başqırdıstan şəxsləri