Olqa Stefanişina () — ukraynalı hüquqşünas. Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası üzrə baş nazirin müavini (4 iyun 2020-ci ildən).

Bioqrafiya 29 oktyabr 1985-ci ildə Odessada anadan olşdur. 2006–2007-ci illərdə özəl hüquq fəaliyyəti ilə məşğul olmuşdur. 2007-ci ilin sonunda o, Ukrayna Ədliyyə Nazirliyinin əməkdaşı olur. Qanunvericiliyin Uyğunlaşması üzrə Dövlət Departamentinin Avropaya İnteqrasiyaya Hüquqi Dəstək Departamentinin Adaptasiya üzrə İşin Təşkili və Planlaşdırılması Departamentində işləyib (2007–2010). 2010–2015-ci illərdə Ukrayna Ədliyyə Nazirliyində Beynəlxalq Hüquq Departamentinin direktor müavini, Avropaya İnteqrasiya Departamentinin isə direktoru olaraq çalışır. 2017-ci ilin mart-dekabr aylarında Nazirlər Kabineti Katibliyinin Avropa və Avro-Atlantik İnteqrasiyası üzrə Hökumət İdarəsinin direktoru vəzifəsində çalışıb. 2017-ci ilin dekabrında o, Nazirlər Kabineti Katibliyinin Avropa və Avro-Atlantik İnteqrasiyasının Koordinasiyası üzrə Hökumət İdarəsinin baş direktoru təyin edilib. 2019-cu ildə işdən çıxarıldıqdan sonra İlyaşev & Partners hüquq firmasında məsləhətçi işləyir. İyunun 4-də o, Vadim Pristaykonun yerinə baş nazirin Avropaya inteqrasiya üzrə müavini təyin edilir. 2019-cu ilin növbədənkənar parlament seçkilərində o, Ukraynanın Strategiya Qroysman partiyasının 25 saylı siyahıları üzrə Ali Radaya namizəd olur, lakin parlamentə düşə bilmir. 4 iyun 2020-ci ildə Ali Rada Olqa Stefanişinanın Ukraynanın Avropaya inteqrasiyası üzrə baş nazirin müavini təyin edilməsinə səs verir. 17 avqust 2020-ci il tarixindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.

Şəxsi həyatı Anası — Nadejda Fedorovna Kravets (1952-h.h)

Keçmiş əri — Mixail Vasilieviç Stefanişin, hüquqşünas və məmur. Ərindən 2017-ci ildə boşanıb. Keçmiş ərindən Anastasiya adlı bir qızı və Daniel adlı bir oğlu vardır.

Odessada üç, Kiyevdə bir mənzili vardır. O, həmçinin 2012-ci ildə alınmış 2009 Toyota RAV4 avtomobilinin sahibidir. 2019-cu ildə o, 800 min qrivna əmək haqqı alıb.

2008-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetini bitirib (beynəlxalq hüquqşünas, ingilis dilindən tərcüməçi). 8 ildən sonra maliyyə və kredit mütəxəssisi ixtisası alaraq Odessa Milli Universitetini bitirib.

İngilis, ukrayna və rus dillərini səlis bilir.

İstinadlar

Kateqoriya:Ukraynanın II dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:XXI əsr siyasətçiləri