Alfred Pfaff () – yarımmüdafiəçi mövqeyində çıxış edən keçmiş alman futbolçusu və 1954-cü ildə Qərbi Almaniya ilə Dünya Kubokunun qalibi.
Həyatı Pfaff 1953–1956-cı illər arasında Qərbi Almaniya millisinin heyətində yeddi dəfə meydana çıxmış və iki qol vurmuşdur.
Karyerasının ən böyük uğuru 1954-cü ildə İsveçrədə keçirilən Dünya Kubokunu qazanmasıdır. Pfaff ilkin mərhələdə 3–8 qələbə hesabı ilə bitən Macarıstan millisi ilə qarşılaşmada meydana çıxmış və 26-cı dəqiqədə qol vurmuşdur.
Peşəkar karyerasınən böyük hissəsini "Ayntraxt Frankfurt"da keçirən Pfaff həmin klub ilə 1959-cu ildə alman çempionatını qazanmışdır, 1960-cı ildə isə Çempionlar Kubokunun finalına yüksəlsə də, son oyunda "Real Madrid"ə məğlub olmuşdur. Pfaff əla topa nəzarəti və dəqiq sərbəst vuruşları ilə seçilirdi. "Ayntraxt" klubunda sərgilədiyi uğurlu oyununa baxmayaraq, milli komandada daha çox Frits Valter oynayırdı, buna görə də o, Qərbi Almaniya formasıyla cəmi 7 dəfə meydana çıxmışdır. 1954-cü ildə "Atletiko Madrid" ona 180.000 alman markı dəyərində transfer təklifini etsə də futbolçunun həyat yoldaşı Edit İspaniyaya köçməyə qarşı idi.Bitter, Jürgen. Deutschlands Fußball Nationalspieler, Sportverlag, 1997, p. 504. Ola bilsin ki, Pfaffın ən böyük oyunu "Reyncers"ə qarşı 6–1 hesabı ilə başa çatan Avropa Kubokunun 1959–1960-cı yarımfinalının ilk oyunu olmuşdur, Qlazqoda keçirilən cavab qarşılması isə "Ayntraxt Frankfurt"un 6–3 hesablı qələbəsi ilə başa çatmışdır. O, karyerasını 1962-ci ildə 36 yaşında bitirdi.
İdman karyerası ilə yanaşı, Pfaff otel sahibi idi və Frankfurtda Hauptvaxe yaxınlığında bir barı var idi. 1960-cı illərdən bəri o, Morretal şəhərində otel və bar sahibi kimi fəaliyyət göstərirdi.
Nailiyyətləri Ayntraxt Frankfurt
Almaniya çempionu: 1958–59 Çempionlar Kuboku: finalçı 1959–60 Oberliqa Süd: 1952–53, 1958–59; finalçı olduğu illər — 1953–54, 1960–61
Qərbi Almaniya
FIFA Dünya Kuboku: 1954
İstinadlar
Xarici keçidlər
Pfaff Pfaff Pfaff Pfaff Pfaff Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri