II Vonon — 51-ci ildə hökmranlıq etmiş Parfiya çarı. Arşakilər sülaləsindən idi.

II Vononun adı yalnız Korneli Tasit tərəfindən çəkilir. O, Vononun taxta çıxmazdan əvvəl Midiya hökmdarı olduğunu iddia edir, lakin onun arşakilərlə hansı qohumluq əlaqələrinə malik olduğunu dəqiqləşdirə bilməmişdir. İosif Flavi Vononun adını ümumiyyətlə çəkmir. Onun sözlərinə görə, II Qotarzın yerinə bilavasitə qardaşı I Vologez gəlmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Дибвойз Н. К. Политическая история Парфии / Пер. с англ., науч. ред. и библиографич. приложение В. П. Никонова. — СПб.: Филологический факультет СПбГУ, 2008. — 816 с. — (Историческая библиотека). — ISBN 978-5-8465-0638-1. Архивная копия от 22 декабря 2015 на Wayback Machine Дьяконов М. М. Очерк истории Древнего Ирана. — М.: Издательство восточной литературы, 1961. — 444 с. Бокщанин, Анатолий Георгиевич. «Парфия и Рим. Возникновение системы политического дуализма в Передней Азии» Moskva. 1966.

Kateqoriya:Parfiya hökmdarları Kateqoriya:Farslar