II Qotarz (; ) — 38–51-ci illərdə fasilələrlə hökmranlıq etmiş Parfiya çarı. Arşakilər sülaləsindən idi. Çar I Vardan ilə hakimiyyəti bölüşmüş, 47-ci və ya 48-ci ildə onun ölümündən sonra təkbaşına hökmranlıq etməyə başlamışdır. Tasit və İosif II Qotarzı I Vardanın qardaşı və buna uyğun olaraq III Artabanın oğlu kimi göstərir, lakin bu, müasir tarixçilərə görə, hökmdarın Arşakilər sülaləsindən olmadığı mənasını verə bilər. II Qotarzın özünü Gev adlı bir şəxsin oğlu adlandırdığı yazısı qorunub saxlanılmışdır.
İstinadlar
Əlavə ədəbiyyat Qədim İosif Flavi, Yəhudilərin qədimliyi Tasit Korneli, Annallar
Müasir
Kateqoriya:Parfiya hökmdarları Kateqoriya:Farslar