Molla Səfərəli bəy Məlikhaykazov () — azərbaycanlı din xadimi və şair.
Həyatı Molla Səfərəli bəy Qarabağ xanlığının bəy ailələrindən biri olan Məlikhaykazovlar ailəsinə mənsubdur. 1803-cü ildə Qarabağ xanlığının Çiləbörd mahalının Xanyurdu məntəqəsində dünyaya gəlmişdir. Atası Ağacan bəy mülkədar olmuşdur. İbtidai təhsilini atasından almışdır. Bundan sonra Şuşadaki Beyt-ül Ədəb mədrəsəsində təhsilinə davam etmiş, sonda molla titulunu almışdır. Buradan Nəcəfə yollanmış, burada dini və dünyəvi elmlər üzrə təhsil almışdır.
Din işlərlə yanaşı, Molla Səfərəli bəy Azərbaycan türkcəsində və farsca lirik şeirlər yazmışdır. Şeirlərinin əsas mövzusu əxlaq üzrə olmaqla, çox az bir hissəsi günümüzə qədər gəlib çıxmışdır.
1876-cı ildə vəfat etmişdir.
Ailəsi Gülbadam Xanımla ailə həyatı qurmuş və bu evlilikdən iki oğlu olmuşdur — Əli və Həsən bəylər.
İstinadlar
Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər