Bernardo Alvarado Monson (; ) — Qvatemala kommunist hərəkatı xadimi.

Həyatı Bernardo Alvarado Monson 8 noyabr 1925-ci ildə Qvatemala şəhərində anadan olmmuşdur. O, 1949-cu ildə Qvatemala Əmək Partiyası (QƏP) Mərkəzi Komitəsi və QƏP MK Siyasi Komissiyasının üzvü seçilmişdir. Alvarado Monson 1949–1954-cü illərdə QƏP MK-nın katibi olmuşdur. O, 1954-cü ildə QƏP MK-nın Baş katibi seçilmişdir. Alvarado Monson dəfələrlə həbsə alınmış və xaricə sürgün edilmişdir. O, Qvatemalaya qayıtdıqdan sonra 1972-ci ildə həbs olunmuş və öldürülmüşdür.

İstinadlar

Əlavə ədəbiyyat Большая советская энциклопедия. — М.: Советская энциклопедия. 1969—1978. Латинская Америка: Энциклопедический справочник, т. 2 [Гл. ред. В. В. Вольский]. — М.: Советская энциклопедия. 1982. 26 de septiembre de 1972 El 26 de septiembre en nuestra memoria Urgen aprobación de ley 3590 en Guatemala en el marco del Día Internacional del(la) Detenido(a)-Desaparecido(a) Dicciones y dichos que identifican a los habitantes de Pallasca

Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Qvatemala inqilabçıları