"Moskva" — Rusiya qvardiya raket kreyseri, 1164 "Atlant" layihəsinin baş gəmisi. Nikolayev şəhərində 61 Kommunar adına Gəmiqayırma Zavodunda tikilib, əvvəlcə "Slava" adını almışdır. O, Gürcüstanda (2008), Krımda (2014), Suriyada (2015) və Ukraynada (2022) hərbi münaqişələrdə iştirak edib.

24 fevral 2022-ci ildə Ukraynaya Rusiya işğalı zamanı gəmi Zmeynıy adasının ələ keçirilməsində iştirak edib. Ukrayna hökumətinin nümayəndələrinin iddiasına görə, məhz "Moskva" raket kreyserinin ünvanına "Rus döyüş gəmisi, s***** get" ifadəsi səsləndirilib.

2022-ci il aprelin 13-dən 14-nə keçən gecə baş vermiş yanğın və partlayış nəticəsində gəmiyə ciddi ziyan dəyib. Ukrayna hakimiyyət orqanlarının nümayəndələri bəyan ediblər ki, gəmi iki "Neptun" gəmi əleyhinə raketi ilə hücuma məruz qalıb . Aprelin 14 — də Rusiya Müdafiə Nazirliyi bildirib ki, kreyser fırtınalı şəraitdə limana çəkilərkən yanğın zamanı döyüş sursatların partlaması nəticəsində korpusa ziyan dəydiyi üçün batıb.

"Moskva" raket kreyserinin batması Ukrayna ilə müharibədə Rusiyanın ən bahalı hərbi itkisi olub. Təxminən 2 milyard dollar ilkin dəyəri ilə kreyserin qalıq dəyəri 750 milyon dollar idi.

İstinadlar

Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:Batmış gəmilər Kateqoriya:Əlifba sırasına görə gəmilər Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Ukraynanın mədəni irsi Kateqoriya:Həqiqi Xaç