Alam və ya Alamos () — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
İstinadlar
Kateqoriya:Qafqaz Albaniyasının yaşayış məntəqələri Kateqoriya:Qafqaz Albaniyası şəhərləri Kateqoriya:Azərbaycanın keçmiş yaşayış məntəqələri