"Mşak" ( — Əməkçi) — 1872–1921-ci illərdə Tbilisidə nəşr edilmiş gündəlik erməni qəzeti. Təsisçisi və ilk redaktoru Qriqor Artsruni olmuşdur.
Haqqında "Mşak" qəzetinin əsası 1872-ci ildə qoyulmuşdur. Redaktoru və naşiri Heydelberq Universitetinin fəlsəfə fakültəsini bitirmiş ictimai xadim və publisist Qriqor Artsruni olmuşdur. Əvvəlcə həftəlik, sonra gündəlik çıxmışdır. 1885-ci ildə fasilə vermişdir. 1892-ci ildən sonra qəzetin redaktorları: Aleksandr Kalantar (1893–1913), Hambartsum Arakelyan (1913–1918), tarixçi Leo (1918–1920), Tiqran Haxumyan (fasilələrlə 1917–1920) və başqaları olmuşdur.
Fəaliyyəti Q.Artsrunin çıxartdığı "Mşak" azad fikirli ziyalıların ideoloji orqanı kimi burjua-demokratik quruluşu təklif edərək, əsas zərbəni kilsə və ruhanilərə qarşı yönəldirdi. Qəzetin fəaliyyətinin digər mühüm istiqaməti erməni məktəbinin dünyəviləşməsi və kilsədən ayrılması uğrunda mübarizə idi. Dövrün mütərəqqi ictimai xadimlərini və yazıçılarını (Porç Proşyan, Qazaros Ağayan, Qabriel Sundukyan, Aleksandr Şirvanzadə, Vahram Papazyan və b.) birləşdirən "Mşak" erməni xalqının, xüsusən də, mədəni-maarif həyatında, yeni erməni ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Bədii əsərləri və publisistik məqalələri xalqı milli-azadlıq mübarizəsi çağıran, qəzetin nüfuzunun yüksəlməsinə, təsirinin güclənməsinə böyük töhfə verən Raffinin yaradıcılığı xüsusilə əlamətdardır.
"Mşak", Stepan Nəzəryanın redaktəsi ilə çıxan "Hyusisapayl" ("Şimal parıltısı") jurnalı ilə birgə 1858–1886-cı illərdə Tbilisidə nəşr edilmiş "Meğu hayastani" ("Ermənistan arısı") qəzeti ilə çəkişməyə girmişdir. Raffinin deyimilə hər ikisi liberal yönümlü olan Stepan Nəzəryanın "Hyusisapayl"ı idealist, Qriqor Artsruninin "Maşk"ı isə realist mövqeydə durmuşdur. Lakin Q.Artsrunin əvvəl Porç Proşyan, daha sonra Raffi ilə arasında uzun müddət davam edən fikir ayrılığı həmin şəxslərin məyus olub, qəzetlə əlaqələrini kəsmələri ilə nəticələndi.
1905–1907-ci illərdə birinci rus inqilabı dövründə erməni milli fikri və azadlığı "Mşak"ın səhifələrində işıqlandırılırdı. Lakin artıq 1917–1920-ci illərdə "Mşak" qəzeti tam millətçi mövqeyədən çıxış etməyə başladı. 1921-ci ildə Gürcüstanın sovet işğalından sonra nəşri dayandırılmışdır.
"Əkinçi" ilə əlaqələri Qəzet Qafqazda yaşayan qonşuları, xüsusilə Qafqaz türkləri, onların məişəti, ədəbiyyatı, mədəniyyətinin bütün sahələri (başda incəsənət-musiqi və teatr olmaqla), maarif hərəkatı və s. mütəmadi işıqlandırmışdır. Erməni dövri mətbuatı səhifələrində adına çox tez-tez rast gəlinən, fəaliyyətindən danışılarkən hər yerdə "ilk türk publisisti", maarifpərvəri və ictimai xadimi kimi təqdim olunan şəxsiyyətlərdən biri də Həsən bəy Məlikov-Zərdabi idi.
"Mşak" hələ 27 fevral 1875-ci il tarixli 8-ci nömrəsində oxucularının nəzər-diqqətini H.Zərdabinin qəzet çıxarmaq arzusuna cəlb edərək yazırdı:
"Mşak" qəzetində (№ 12, 27 mart 1875) "N.A." imzası ilə dərc edilən "Bakıdan məktub" sərlövhəli məqalədə Azərbaycan xalqı arasında hələlik ziyalıların az olması, bu səbəbdən də ictimai işlərin əsasən bu və ya digər ağanın əlində toplanması və o ağanın da öz ətrafında ancaq onun əlində alət ola biləcək adamları toplamasından təəssüf hissi ilə danışılır. Eyni zamanda deyilir:
"Mşak" qəzeti (№ 17, 1 may 1875) Məlik Şahnazaryanın "Şamaxıdan məktub" sərlövhəli məqaləsində yenə də Həsən bəy Zərdabidən söhbət açır. O, həmin məqaləsində Şamaxının və ətraf kəndlərin həyatı, məişəti və əhalisinin dolanacağı haqqında məlumat verdikdən sonra Həsən bəy Zərdabinin "Əkinçi" qəzetindən söhbət edir. Qəzet yazır:
Həsən bəy Zərdabi fəaliyyətinə, onun Azərbaycan mədəniyyəti sahəsindəki xidmətlərinə səhifələr həsr edən "Mşak" qəzeti (№ 28, 17 iyul 1875) dərc etdirdiyi "Bakıdan məktub"unda "erməni cəmiyyəti-xeyriyyələri"nin fəaliyyətindən söhbət açır. O yazır:
Hələ "Əkinçi" nəşrindən xeyli qabaq Q.Artsruni öz orqanında bir sıra məqalə çap etdirmiş və "Əkinçi"nin çıxması barədə məlumat vermişdir. "Əkinçi" qəzeti nəşr olunanda "Mşak" ona xüsusi baş məqalə həsr etmiş və "Əkinçi"nin meydana çıxmasına qızğın alqışlamışdır. Həsən bəy Zərdabinin razılıq əlaməti olaraq Qriqor Artsruniyə göndərdiyi məktubun sonunda deyilir: "Sizə "Əkinçi"yə olan rəğbətiniz üçün təkrar təşəkkür elan edirəm və Sizi inandırıram ki, Sizin uzaqgörənliyiniz Sizi aldatmayacaq "Əkinçi" "Mşak"a qardaşlıq əli uzadacaq və Sizin qəzetiniz kimi o da bizim sevimli Qafqazın müsəlman əhalisi arasında maarif yaymağı özünə məqsəd qəbul edəcəkdir." H.Zərdabi "Mşak" redaktorunun göstərdiyi qayğıya cavab olaraq ona dərin minnətdarlığını bildirmiş və "Əkinçi"nin ilk nömrəsini sovqat kimi ona göndərmişdi. Q.Artsruni qəzeti mütaliə etdikdən sonra yazmışdı: "Bakıda türk dilində çıxan "Əkinçi" qəzetinin birinci nömrəsini məmnuniyyətlə aldıq. Ümidvarıq ki, həmin qəzetin məzmunu vaxtaşırı olaraq öz oxucularımıza aşılayacaq və ondan parçalar dərc edəcəyik. İctimai həyat meydanında yeni qəzetin yaranmasını səmimi-qəlbdən salamlayırıq."
Hər iki qəzet sıx əlaqə saxlayır, bir-birinin qeydinə qalır, fəaliyyətləri barədə vaxtaşırı materiallar dərc edirdi. "Mşak" qəzeti (№ 7, 26 fevral 1876) Gəncədəki erməni ziyalılarının "Əkinçi"nin yayılmasına kömək etdiklərini xəbər verirdi. "Əkinçi" də tez-tez "Mşak"ın adını yad edir, onun fəaliyyətini ardıcıl izləyir, müvəffəqiyyətli çıxışlarını fərəhlə qarşılayır, səhvlərini isə prinsipiallıqla tənqid edirdi. Qurban bayramının əsil mətləbi barəsində "Əkinçi" qəzetində (№ 2, 18 yanvar 1877) qetmiş məqaləni "Mşak" tərcümə edərək öz səhifəsində şərhlə çap etdirir. İslam dininə və ittihadi-islama qarşı olan bu yazıya "Əkinçi" (№ 4, 17 fevral 1877) cavab məqaləsində yazır:
Erməni ictimaiyyəti Həsən bəy Zərdabinin Azərbaycan xalqının mədəniyyəti tarixində tutduğu mövqeyi yüksək qiymətləndirirdi. Onun vəfatı münasibətilə "Mşak" qəzeti (№ 172, 2 dekabr 1907) "Həsən bəy Məlikov" sərlövhəli nekroloq vermişdir. Həmin nekroloqda deyilirdi:
Mənbə İstinadlar
Ədəbiyyat ՄՇԱԿ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 7, էջ 655.
Kateqoriya:Erməni dilində qəzetlər