Almaniya–Yaponiya münasibətləri (; ) — Almaniya Federativ Respublikası ilə Yaponiya İmperiyası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əlaqələr rəsmi olaraq 1861-ci ildə Prussiyadan Yaponiyaya ilk səfirin səfər etməsi ilə qurulmuşdur (1866–1870-ci illərdə Almaniya imperiyasının yaranmasından əvvəl). Yaponiya 1867-ci il Meyci islahatından sonra intensiv elmi-mədəni mübadilə vasitəsilə alman modelini tətbiq edərək sürətlə müasirləşmişdir. 1900-cü ildə Yaponiya İngiltərə ilə müttəfiqlik əlaqələri yaratdıqdan sonra Almaniya və Yaponiya Birinci Dünya müharibəsində düşmən oldular. Yaponiya 1914-cü ildə Almaniya imperiyasına müharibə elan etmiş və Çin və Sakit okeandakı mühüm alman mövqelərini ələ keçirmişdi. 270px|thumb|right|1990-cı illərdə yenidən təmir edilən, Berlinin Hiroşima küçəsindəki Yaponiya səfirliyi 1938–1942-ci illərdə inşa edilmişdir və o zamandan bəri Almaniya-Yaponiya əlaqələrinin simvolu hesab olunur. 1930-cu illərdə hər iki ölkə öz bölgələrinə qarşı təcavüzkar hərbi yanaşma ortaya qoydular. Bu da onların yaxınlaşmasına və nəticə olaraq İtaliyanın da daxil olduğu Məhvər dövlətləri adlı yeni hərbi-siyasi ittifaqın qurulmasına səbəb oldu. Lakin İkinci Dünya müharibəsi zamanı Məhvər dövlətləri arasındakı məsafələrin böyük olması səbəbindən ittifaq məhdudlaşdı; belə ki, Yaponiya və Almaniya əsas etibarilə ayrı-ayrı cəbhələrdə mübarizə aparırdılar və ən sonda ayrı-ayrı təslim oldular.

İkinci Dünya müharibəsindən sonra hər iki ölkənin iqtisadiyyatı sürətlə bərpa oldu; iqtisadi məsələlər üzərində fokuslanan ikitərəfli əlaqələr tezliklə yenidən quruldu. Hazırda Yaponiya və Almaniya, müvafiq olaraq, dünyanın ən böyük iqtisadiyyatına malik üçüncü və dördüncü dövlətidir və siyasi, mədəni, elmi və iqtisadi sahədəki əməkdaşlıqdan qarşılıqlı olaraq böyük fayda əldə edirlər.

2012-ci ilin sonlarında Bertelsmann Fondunun keçirdiyi sorğunun nəticələrinə görə, almanlar Yaponiyaya çox müsbət baxır və bu dövləti çox hallarda rəqib kimi görmür, daha çox tərəfdaş hesab edirlər. Yaponların da almanlar barədə düşüncələri müsbətdir: sorğu iştirakçılarının 97%-i Almaniyaya müsbət baxır, yalnız 3%-i Almaniya barədə mənfi düşünür.

Tarixi

İlk əlaqələr və yapon təcridinin sonu (1871-ci ilə qədərki dövr)

200px|thumb|left|Filip Frans fon Zibold Yaponiya ilə Almaniya arasında əlaqələr Tokuqava şoqunatı (1603–1868) dövründə Niderland Ost-Hind Şirkətində işləmək üçün Hollandiyada xidmət edən almanların Yaponiyaya gəlişi ilə başlamışdır. Bu barədə ilk yazılı məlumatlara müvafiq olaraq 1690 və 1820-ci illərdə alman həkimlər Engelbert Kempfer (1651–1716) və Filip Frans fon Ziboldun (1796–1866) qeydlərində rast gəlinir. Onların hər ikisi də şöngünə xərac vermək məqsədilə Edo şəhəri istiqamətindəki məcburi səyahətdə Deşima holland ticarət limanının direktorunu müşayiət etmişdilər. Zibold XX əsrə qədərki Yaponiya haqqında ən dəyərli məlumat mənbələrindən olan "Nippon, Yaponiyanı təsvir edən arxivlər" () kitabının müəllifidir.Eberhard Friese: Philipp Franz von Siebold als früher Exponent der Ostasienwissenschaften. = Berliner Beiträge zur sozial- und wirtschaftswissenschaftlichen Japan-Forschung Bd. 15. Bochum 1983 Onun bu nailiyyətlərinin şərəfinə 1979-cu ildə Almaniyada "Filip Frans fon Zibold" mükafatı təsis edilmişdir; mükafat hər il yapon alimlərinə təqdim olunur. Fon Ziboldun Yaponiyaya ikinci səfəri (1859–1862) Yaponiyada Hollandiya siyasətinə təsir göstərməyə və bu ölkədə diplomat olaraq daimi bir vəzifə almağa çalışdığı üçün fəlakətə çevrildi.

1854-cü ildə Amerika Birləşmiş Ştatları Yaponiyanı Kanaqava razılaşmasını imzalamağa məcbur etdi: bununla da Yaponiyanın təcridinə son qoyuldu. Yaponiyanın bir çox güzəştlərə getməsinə baxmayaraq, ABŞ bu güzəştlərə qarşılıq olaraq Yaponiyaya imtiyazlar vermədiyinə görə, razılaşma yapon ictimaiyyəti tərəfindən "qeyri-bərabər müqavilə" kimi qəbul edildi.Bert Edström, Bert. (2000) The Japanese and Europe: Images and Perceptions, p. 101 Bir çox hallarda Yaponiya eksterritoriallıq sistemini tətbiq etməyə məcbur edilirdi; bu da xarici rezidentlərin Yaponiya hüquq sisteminə deyil, vətəndaşı olduqları dövlətlərin qanunvericiliyinə uyğun hərəkət etmələrinə, eləcə də ticarət limanlarının açılmasına və sonralar hətta xristian missionerlərin ölkəyə daxil olmasına gətirib çıxardı.

Yaponiya təcridinin bitməsindən qısa müddət sonra, Bakumatsu dövründə Yaponiyaya ilk alman tacirləri gəldilər. 1860-cı ildə kont Fridrix Albrext zu Eylenburq Almaniya ittifaqının aparıcı regional dövləti olan Prussiyanın səfiri qismində Yaponiya istiqamətində təşkil edilən Eylenburq ekspedisiyasına rəhbərlik etdi. Dörd ay davam edən danışıqlardan sonra, 1861-ci ilin yanvarında Prussiya ilə Yaponiya arasında rəsmi olaraq dostluq və ticarətə həsr olunmuş digər bir "qeyri-bərabər müqavilə" imzalandı.Louis M. Cullen. A History of Japan 1582–1941: Internal and External Worlds (2003 ed.). Cambridge University Press. O dövrdə Yaponiyaya qarşı edilən çoxsaylı haqsız danışıqlardan biri hesab edilməsinə baxmayaraq, Eylenburq ekspedisiyası və dostluq və ticarət müqaviləsinin həm qısamüddətli, həm də uzunmüddətli nəticələri bu gün rəsmi Yaponiya-Almaniya əlaqələrinin başlanğıcı olaraq qiymətləndirilir. Bu hadisənin 150-ci ildönümünü qeyd etmək üçün həm Almaniyada, həm də Yaponiyada 2010-cu ilin payızından 2011-ci ilin payızınadək "gələcəyə körpü qurmaq məqsədilə" və "ortaq keçmişin xəzinələrini yüksəltmək" ümidi ilə tədbirlər keçirilmişdi.German Consulate General Osaka-Kobe: 150 Years Germany-Japan: Friendship with Future

Prussiyada Yaponiya diplomatik missiyası 1863-cü ildə, fon Eylenburqun Tokio səfərindən üç il sonra Kral I Vilhelmin Prussiyadakı sarayına şöngün nümayəndə heyəti gəldi və Berlində möhtəşəm bir mərasimlə qarşılandı. Müqavilə imzalandıqdan sonra Maks fon Brandt Yaponiyada diplomatik nümayəndə oldu; o, əvvəlcə Prussiyanı, 1866-cı ildən Şimali Alman İttifaqını, 1871-ci ildə isə yenicə qurulan Almaniya imperiyasını təmsil etdi.Masako Hiyama: "Max von Brandt (1835–1920)". In: Brückenbauer. Pioniere des japanisch-deutschen Kulturaustausches (Berlin: Iudicium, 2005).

1868-ci ildə Tokuqava şoqunatı devrildi və İmperator Meycinin rəhbərliyi ilə Yaponiya İmperiyası quruldu. Yaponiya imperatorunun hakimiyyəti ələ alması ilə Yaponiya qərb dövlətləri ilə "qeyri-bərabər müqavilələr"in ləğv edilməsini tələb etdi və vətəndaş müharibəsi başladı. Münaqişə zamanı alman silah alverçisi Henri Şnell şoqunata sadiq torpaq mülkiyyətçisi olan Naqaokanın daymyonuna məsləhət verərək silah təqdim edirdi.Adachi Yoshio 阿達義雄. Kaishō Suneru to Boshin Niigata kōbōsen 怪商スネルと戊辰新潟攻防戦. Niigata: Toyano Shuppan 鳥屋野出版, 1985 Bir il sonra müharibə Tokuqavanın məğlubiyyəti və "qeyri-bərabər müqavilələr"in yenidən müzakirəsi ilə başa çatdı.Donald Keene, Emperor of Japan: Meiji and His World, 1852–1912 (Columbia UP, 2005). ; p. 142

Yaponiyanın müasirləşdirilməsi və təhsil mübadiləsi (1871–1885)

200px|thumb|right|Yaponiyanın gələcək Baş naziri İto Hirobumi 1882-ci ildə Berlin və Vyanada olarkən Yaponiyanın konstitusiyasının hazırlanmasında şablon kimi istifadə etmək məqsədilə Avropa konstitusiyalarını öyrənmişdir. Meyci dövrünün (1868–1912) başlaması ilə bir çox alman "muzdlu əcnəbilər" () adı altında yeni hökumətin müşaviri olaraq Yaponiyaya işləməyə gəldilər və xüsusən tibb (Leopold Müller (1824–1894); Yulius Skriba (1848–1905); Ervin Bals (1849–1913)), hüquq (Herman Roesler (1834–1894); Albert Mosse (1846–1925)) və hərbi sahələrdə (Yakob Mekkel (1842–1906)) Yaponiyanın müasirləşməsinə töhfə verdilər. Mekkel 1885-ci ildə Yaponiya hökuməti tərəfindən Yaponiya Baş Qərargahının müşaviri və Hərbi Akademiyada müəllim kimi dəvət edilmişdi. Yaponiyada üç il keçirən Mekkel Kaçura Taro və Kavakami Soroku kimi nüfuzlu şəxslərlə işləyərək Yaponiya İmperator ordusunun müasirləşməsinə mütləq şəkildə töhfə verdi. Mekkelin ölümündən sonra onun xidmətlərini unutmayan sədaqətli yaponlar Mekkelin vaxtilə Tokyoda dərs keçdiyi hərbi akademiyanın önündə onun xatirəsinə bürünc heykəl ucaltdılar.The statue was removed in 1945 at the conclusion of World War II. Georg Kerst: Jacob Meckel. Sein Leben, sein Wirken in Deutschland und Japan. Musterschmidt, Göttingen 1970Welch, Claude Emerson. (1976). Civilian Control of the Military: Theory and Cases from Developing Countries Albany: State University of New York Press. , p. 161 Ümumiyyətlə, Yaponiya İmperator ordusu 1880-ci illərdə müasir silahlı qüvvələrini qurarkən təşkilatlanmanı Prussiya-Almaniya xətti boyunca sıx şəkildə istiqamətləndirmişdi.

1889-cu ildə Yaponiya İmperiyasının Konstitusiyası elan edildi; konstitusiyanın formalaşmasında alman hüquqşünas alimlər Rudolf fon Qneyst və Lorens fon Şteynin böyük rolu olmuşdur. Hələ 1882-ci ildə Meyci oliqarxı və gələcək Baş nazir İto Hirobumi (1841–1909) Berlin və Vyanada ikən hər iki hüquqşünası ziyarət etmişdi. Alman hökumətinin tələbi ilə Albert Mosse Hirobumi və bir qrup yapon dövlət məmuru və alimləri ilə də görüşmüş və onlara konstitusiya hüququ üzrə bir sıra mühazirələr keçmişdir. Bu zaman Mosse Hirobumini inandırmışdı ki, Prussiya üslubunda monarxiya konstitusiyası Yaponiya üçün ən uyğun versiyadır. 1886-cı ildə Hirobumi və İnoue Kovaşiyə Meyci Konstitusiyasını hazırlamaqda kömək etmək məqsədilə Mosse Yaponiya hökumətinin "muzdlu əcnəbi" müşaviri kimi üç illik müqavilə ilə Yaponiyaya dəvət edildi. Sonralar Mosse digər əhəmiyyətli qanun layihələri, beynəlxalq sazişlər və müqavilələr üzərində işləmiş, Daxili İşlər Nazirliyində kabinet müşaviri olaraq çalışmış və Baş nazir Yamaqata Aritomoya qanun layihələrinin hazırlanmasında və yerli hökumət üçün sistemin qurulmasında kömək etmişdi. XIX əsrin sonlarında onlarla yapon tələbə və hərbi zabit də Almaniyanın hərbi sistemini öyrənmək və alman ordusunun təhsil müəssisələrində və əsasən Prussiya ordusu olmaqla alman ordusu sıralarında hərbi təhsil almaq üçün Almaniyaya getmişdi. Məsələn, əslində hərbi həkim olan məşhur yazıçı Mori Oqay 1872–1874-cü illərdə o vaxtlar tibb təhsili üçün əsas dil hesab olunan alman dilində dərs almışdı. Oqay 1884–1888-ci illərdə Almaniyaya səfər etmiş, Göte, Şiller və Gerhart Hauptmanın əsərlərinin yapon dilinə ilk tərcümələrini hazırlamış və beləcə Yaponiyada Avropa ədəbiyyatına marağı artırmışdı.Mori Ôgai. A Bibliography of Western-Language Materials. Compiled by Harald Salomon. Incorporating the Findings of Rosa Wunner in Japonica Humboldtiana 2 (1998), Wiesbaden: Harrassowitz Verlag, 2008. 178 S., 1 Abb. (Izumi 10)

Münasibətlərin soyuması və Birinci Dünya müharibəsi (1885–1920)

200px|thumb|right|Bando düşərgəsinin əsirləri tərəfindən inşa edilən alman körpüsü. Tokuşima prefekturası, Yaponiya XIX əsrin sonunda Yaponiya-Almaniya münasibətləri Almaniyanın və ümumilikdə Avropanın Şərqi Asiyadakı imperialist istəkləri səbəbindən soyudu. 1895-ci ilin aprelində Birinci Çin-yapon müharibəsi başa çatdıqdan sonra Şimonoseki müqaviləsi imzalandı; müqavilənin şərtlərinə əsasən, Çinin bir sıra əraziləri, ən əsası isə Port Artur da daxil olmaqla Lyaodun yarımadasındakı körfəzin şərq hissəsi və Tayvan Yaponiyaya ilhaq edildi. Bununla belə, Rusiya, Fransa və Almaniya Yaponiyanın getdikcə genişlənən nüfuz dairəsindən ehtiyat edir, əvəzində isə öz müstəmləkə ərazilərini genişləndirərək Çinin ağır vəziyyətindən yararlanmağa çalışırdılar. Çəkişmələr 23 aprel 1895-ci ildə "Üçlü müdaxilə" ilə nəticələndi: üç güc birləşərək Yaponiyanı Lyaodun yarımadasındakı əraziləri əldə etməkdən çəkinməyə "çağırdı".Kajima, Morinosuke. The Diplomacy of Japan, 1894–1922, Tokyo, 1976Yellow Peril, Collection of Historical Sources, in 5 vols., edited by Yorimitsu Hashimoto, Tokyo: Edition Synapse.