Leksi Lü (; ) və ya əsl adı ilə Lü Yuyu – Çin müğənnisi, repçisi və mahnı yazarı.
2015-ci ildə "K-pop ulduzu 5" müsabiqəsində iştirak etmiş və qrupu ilə birlikdə 4-cü yeri tutmuşdur. 2018-ci ilin iyulunda "Çin repi" verilişində 4-cü yerin qalibi olmuşdur. Bu uğurundan sonra solo karyeraya başlamışdır.《中国新说唱》艾热夺冠 那吾克热惜败获亚军 2018-10-06 新浪娱乐 2019-cu ilin fevralında "2030" adlı ilk minialbomunu buraxmışdır. "League of Legends" video oyununun K/DA musiqi qrupu üçün Serafin personajını bir neçə dəfə səsləndirmişdir.
İlk illəri Leksi Lü Çinin Çansa şəhərində anadan olmuş və orda böyümüşdür. 4 yaşında rəqs etməyi, 6 yaşında pianoda çalmağı öyrənib. 7-ci sinifdə beynəlxalq liseyə keçib. 12-ci sinifdə isə musiqi ilə məşğul olmaq üçün təhsilinə fasilə verib və Cənubi Koreyaya yollanıb. Cənubi Koreyada "Mazinga S" adlı musiqi kvarteti ilə "K-pop ulduzu 5" müsabiqəsinə qatılmış və 4-cü yeri tutmuşdur.
Verilişdə iştirak edərkən Fordhem Universitetinə qəbul olunmuş, lakin musiqi karyerasına üstünlük vermişdir.
Karyera Lünün ilk orijinal sinqlı olan "Coco Made Me Do It" 2017-ci ilin yanvarında buraxılıb və 5 milyon baxış əldə edib. 2017-ci ilin fevralında ABŞ-də keçirilən SXSW musiqi festivalında iştirak edib.劉昱妤國內首個 Hip-Hop 藝人登陸美國 SXSW 2017-03-21 新岳陽 每日頭條刘昱妤受邀献唱SXSW音乐节 系中国音乐人首次 2017-03-22 搜狐音乐
2018-ci ildə müğənni Li Yifen üçün "Role" mahnısını yazıb. İyul ayında "Mulan" mahnısı ilə "Çin repi" verilişinin finalına daxil olub və 4-cü yeri tutub. Müsabiqədə iştirak edərkən "88rising" leyblı ilə müqavilə imzalayıb. Noyabr ayında "Sleep Away" adlı yeni mahnısını buraxıb və mahnı bəzi tənqidçilər tərəfindən çox bəyənilib. 18 dekabrda "Nada" adlı kiberpank tərzində sinql buraxıb.Lexie Liu drops new visual for “Nada” via 88rising 2018-12-18 The Hype Magazine
2019-cu ilin fevralında ABŞ-də "2030" adlı debüt minialbomunu buraxıb. Alboma "Outta Time" və "Love and Run" kimi yeni sinqllar da daxil edilmişdir.Watch Lexie Liu Traverse a Pastel Dreamscape in Her Video for ‘Sleep Away’ 2018-11-30 RollingstoneIndia Sentyabr ayında "Ok, Ok, Ok" sinqlı, 27 dekabrda isə "Meta Ego" albomu buraxılıb.
28 oktyabr 2020-ci ildə K/DA virtual musiqi qrupunun "More" mahnısında Serafin adlı personajı səsləndirib. 2020-ci ildə Şanxayda keçirilən League of Legends üzrə Dünya çempionatında çıxış edib.
28 yanvar 2021-ci ildə "Gone Gold" adlı yeni minialbomunu buraxıb. Alboma "ALGTR" adlı yeni sinql da daxil edilmişdi. 23 aprel 2024-cü ildə Uqinin "Yuqi1" minialbomunun "On Clap" mahnısında yer almışdır.
İctimaiyyətdə Leksi Lünün fərqli görünüşü dəb sənayesinin diqqətini cəlb etmişdir. O, Şərqi Asiyanın "Vogue me", "BAZAAR China", "Nylon Japan", "Nylon China" kimi nəşrlərində peyda olub.VOGUEme 中国新说唱 2018-09-01 VOGUEme
ABŞ dəb jurnalı "V" onu "Yeni Çin sənətçiləri nəsilinin üzü" adlandırmışdı.LEXIE LIU RETURNS WITH “SLEEP AWAY” 2018-11-30 V Magazine Digər dəb və mədəniyyət jurnalı "Flaunt" Lünün "2030" albomunu tərifləmişdir.Q&A | LEXIE LIU 2019-02-01 Flaunt Magazine
Diskoqrafiya İl Albomun adı 2018 2029 2019 2030 2019 Meta Ego (無限意識) 2021 Gone Gold (上线了)
Mükafatlar İl Əsər Tədbir Müküfat Nəticə İst. 2021 "More" GANG mükafatı Ən yaxşı orijinal mahnı
İstinadlar
Kateqoriya:Çin müğənniləri Kateqoriya:Çin repçiləri Kateqoriya:Qadın müğənnilər