Kanada (; ) — Şimali Amerikada yerləşən ölkə. Kanadanın ərazisi Atlantik okeanından Sakit okeana və Şimalda Şimal Buzlu okeanına qədər uzanır. Bu da onu dünyanın ən uzun sahil xəttinə görə dünyanın ikinci ən böyük ölkəsinə çevirir. Onun cənubda ABŞ ilə sərhədi dünyanın ən uzun quru sərhədidir. Kanadanın paytaxtı Ottava, ən böyük şəhəri Torontodur. Sahəsi 9 984 670 kvadrat kilometrdir.
Etimologiya Kanada sözünün etimologiyası haqqında indiyə qədər bir çox fərziyyələr irəli sürülüb. Amma rəsmi olaraq qəbul edilən fərziyyəyə görə, kanada sözü Müqəddəs Lavrentiya İrokezlərinin (Kanadanın yerli əhalisi) dilindəki "kanata" sözündən əmələ gəlib. Bu söz "kənd" və ya "qəsəbə" mənasını verir. 1791-ci ildə bu ərazi Yuxarı Kanada və Aşağı Kanada adlanan iki Britaniya müstəmləkəsi idi və "kanadalılar" adlandırılırdı. 1867-ci ildə London konfransında bu ölkənin rəsmi adı"Kanada hökmranlığı" () olaraq qəbul edildi. 1982-ci ildə Kanada konstitusiyasının qəbulu ilə Dominion sözü Kanadanın adından götürüldü və sadəcə "Kanada" olaraq qaldı.
Tarixi Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin yaratdılar. XVIII əsrin ortalarında (1756–1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrildi. 1931-ci ildə ölkə müstəqillik əldə etdi.
Kolumba qədərki ilk təmaslar Arxeoloji tədqiqatlar göstərir ki, Şimali və Cənubi Amerika insanların köç etdiyi son qitədir. 17–50 min əvvəl Wisconsin əyalətində düşən dəniz səviyyəsi insanların Sibirdən Şimali Amerikaya Bering körpüsü boyunca tədricən hərəkət etməsinə imkan verdi. Onlar Kanadanın əksəriyyətini əhatə edən Laurentide adlanan buzlaqların olmasına görə minlərlə il boyunca Alyaska və Yukon-u keçə bilmədilər.
16 min il əvvəl buzlaqların əriməsi Cənub torpaqlarından və Berinq tərəfdən insanların Kanada ərazisinə daxil olmasını asanlaşdırdı. Kraliça Şarlotta adaları, Qədim Qarğa ovalığı və Mavi Balıq mağaraları Kanadada ən qədim Paleo-Hind arxeoloji sahələri hesab oluna bilər. Məhz bu dövrdən Şimali Amerikanın mədəniyyətinin tarixi başlayır. Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid qrupuna məxsus olmuş altay, fin-uqor, tibet xalqlarına daha yaxındırlar. Təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslanmaqdadır.
İndiki Amerika ərazisinin kəşfi və işğalı digər avropalı çoxsaylı xalqların burada məskunlaşması ilə nəticələndi. Lakin bundan öncə bir sıra təmaslar baş vermişdir ki, bunlardan birini belə izah etmək olar: Belə ki, qayıq ilə avropalılara tanış olmayan bir insan tipi avropa sahillərinə yan almışdı və onların dəriləri qırmızı rəngə çalırdı. Ehtimal olunur ki, bu gələnlər hindular olmuş və axına düşərək yollarını itirmiş, buraya gəlib çatmışdılar. Bundan başqa daha bir ehtimalda vardır ki, Çin və Yaponiya bu ərazilərlə təmasda olmuşdur. Burada tapılan əşya və məmulatlar bunu deməyə imkan verir. Həmçinin Çin xəritələrində də bu ərazilərlə bağlı yerlər göstərilmişdir. Bu Kolumb öncəsi mövcud olan təmaslara aid olanlardı. Kolumb Amerikanı avropalılar üçün kəşf etmişdi, asiyalı və digərləri üçün deyil, amma yuxarıda sadaladıqlarımız bizə imkan verir ki, Kanada ilə Asiya qitəsi arsında əlaqələrin olduğunu söyləyək. Təbii ki bunlar hamısı bir ehtimal olaraq qalır. Bundan başqa, bu ərazilərə Kolumba qədər Skandinaviya Vikinqlərininin də güclü təmasları olduğu barədə məlumatlar var. Vikinqlər bir sıra ərazilərə getmiş, yağmalamış, talamış və öz təsirlərini yaymışlar. Şimali Amerikaya isə Leif Eriksonun başçılığındakı vikinqlər L'Anse aux Meadows'da, Labradorda, Nyufaundlenddə bir sıra məskunlaşma vahidləri qurdular. Qrenlandiyadakı Skandinav koloniyası təxminən 500 il mövcud oldu. İsland saqalarına (dastan, rəvayətlərinə) görə, Vikinqlər İslandiyadan Qrenlandiya ərazisinə təxminən 985–986-cı illərdə gəlmişlər. Qrenlandiyada 2 məskən meydana gəldi: Şərq məskəni Qrenlandiyanın cənub-qərb ucunu, qərb məskəni isə bugünkü Nuukun daxili sahillərindəki əraziyə qədər olan təxminən 500 km-lik ərazini əhatə edirdi. Əhali təxminən 2000–3000 nəfər idi. Tədqiqatlar zamanı buradan 400 təsərrüfat sahəsi təsbit edilmişdir. Burada həmçinin Norveç Qrenlandiyasının bir yepiskopluğu da vardı.1380-ci ildə Norveç krallığı Danimarka ilə fərdi bir birlik meydana gətirdi. 14-cü əsrdən buradakı məskunlaşmalar azalmağa başladı. Qərbdəki məskunlaşma 1350-ci illərdə tərk edilməyə başladı və son yepiskop 1377-ci ildə dağıldı. Bu ərazilərdə saqalarda izah olunan Vinland (Şərab ölkəsi), Helluland (Meşələrin ərazisi) və Markland ərazi vahidləri qurulmuşdur. Ərazidəki digər məskunlaşma vahidi olan Lans'O Medou, Kanada Nyufaundlendi və Labrador əyalətində, Nyudaundlendin ən şimalındakı bir arxeoloji yerdir. Bundan başqa, Point Rouz və ya Fırtınalı nöqtə adlandırılan yer isə, Kanadanın Atlantik okeanı sahillərində, Nyufaundlendin cənub-qərb ucunda, Kodroy yaxınlarında yerləşən bir ərazidir.
XVII əsrdə Şimali Amerikada İngiltərə-Fransa rəqabəti XVII əsrin əvvəllərinə qədər Fransa və İngiltərənin Şimali Amerika Afrika, Şərqi Hindistan və Vest Hinddə müstəmləkələri vardı. Düşmənliklər 1628-ci ildə yeni dünyada başladı(Avropada 1689-cu ildə) və 1761–1762-ci illərə kimi davam etdi(Avropada 1815-ci ilə kimi). İki ölkə arasındakı qarşıdurma XIV Lüdovikin işğalçılıq ehtirasları ilə başladı və Napoleon Vaterlooda məğlub olduğunda sona çatdı. Bu ölkələr öz ərazilərini digərinin hesabına genişləndirməyə çalışdıqca bu mübarizə daha da böyüyür və hətta dəniz müharibəsinə çevrilirdi. Şimali Amerikadakı müharibə eynilə Avropadakı kimi sürətlə baş verdi. Yer adları bu ərazilərdə fransızcadan ingiliscəyə və ya əksinə olaraq dəyişirdi. Kanada adlanan Yeni Fransanın bir qismi 1629-cu ildən 1632-ci ilədək İngiltərənin işğalı altına girdi. Oxşar şəkildə Akadia 1654–1667-ci illər ərzində ingilislər tərəfindən işğal edildi. Atlantik okeanı sahillərində Yeni İngiltərə koloniyaları Yeni Fransa tərəfindən tutuldu. İlk olaraq Akadia, daha sonra Kanada və Luiziana tərəfdən fransızlar Missisipi vadisinə doğru genişləndi. XVII əsrdə İngiltərə və Fransa Kanada uğrunda davamlı olaraq vuruşurdu. 1607-ci ildə ingilislər Port Royalın kiçik kəndinə endi və onu yox etdi. 1603-cü ildə Virciniya ingilisləri Port Royaldakı məskunlaşma vahidlərini taladı. İngiltərə Akadia adını 1621-ci ildə Nova Skotiaya adı ilə (Yeni Şotlandiya) dəyişdirdi. 1629-cu ildə imzalanan Suz sazişindən sonra onlar Akadia və Port-Royalı tərk etməli oldular. 1632-ci ildə imzalanan San Jermen-an-Ley müqaviləsindən sonra Akadia Fransızlara geri qaytarıldı. Ancaq 1654-cü ildə Bostondan başqa bir ingilis donanması Port Royala endi. Mayor Sequik Akadiaya bir daha hücum etdi. Akadiaya istiqamətli olan ingilis təhdidi hər daim mövcud idi. 1667-ci il Breda sazişi bölgəni yenidən Fransaya geri göndərdi.(Qərbi Hind adalarına qarşılıq olaraq). Ümumilikdə bu ərazi 32 il fransız və 31 il ingilis nəzarəti altında oldu.1628-ci ildə bir ingilis donanması Tadussaka endi. Ertəsi il Şampleyn iki qardaş — Tomas və Luis Kirke qardaşları tərəfindən Kvebekdən qovuldu. Fransa 1632-ci ilədək koloniyasını bərpa edə bilmədi. XVI və XVII əsrlərin bir qismi boyunca ingilis, ispan, fransız və portuqallar Nyufaundlend sularında sülh içində ov edirdilər. XVII əsrdə St. Consun paytaxtı 2 dəfə hollandlar və bir dəfə də Danimarkalılar tərəfindən hücuma uğradı. Kolonistlərin çoxu bu vaxt özünü fransız və bask quldurları tərəfindən müdafiə etmək məcburiyyətində qaldılar. Fransızlar 1713-cü il Utrext sazişindən sonra Nyufaundlenddən ayrıldı. Yeni Fransanın Kanadası Hudzon körfəzinə də nəzarət etmək üçün ingilislərlə müharibə içində idi. 1692-ci ildə qubernator Frontenak, Pier le Moyn d'İbervilə ingilis koloniyalarının sahillərində patrul gəzməsi və ingilislərlə olan ünsiyyətə maneə törətməsi əmrini verdi. Bir neçə il sonra, 1696-cı ildə Nyufaundlendi aldıqdan sonra d'İbervil Hudzonun fəthi üçün yola çıxdı. 1697-ci ildə Risvik(Rijsvik) sazişi (Haaqa yaxınları) XIV Lüdovik ilə Birləşmiş İttifaq arasındakı Ausburq Liqası müharibəsinə son verdi. Razılaşma Fransanın Şimali Amerikadakı nüfuzunu irəli sürdü. Akadia və Hudzon körfəzi Yeni Fransanın müstəqil koloniyası olarkən, Nyufaundlend İngilislərə yenidən geri qaytarıldı.
Kanada və 1789-cu il Fransa burjua inqilabı Tarixi hadisələr təcrid halındadır. Dünyanın bir tərəfindəki hadisələr digərində çox əhatəli və uzun müddətli təsirlərə sahib ola bilir və Fransız İnqilabı (1789–1799) bunun mükəmməl bir nümunəsidir. İnsanlıq tarixindəki ən təsirli hadisələrdən biri olaraq qəbul edilən geniş diametrli siyasi və ictimai qarışıqlıq, İngilis Şimali Amerikasında qətiliklə hiss edildi. Kanadalılar inqilaba necə reaksiya verdi? İngilis və Fransız əhalisi arasında buna münasibət fərqlilikləri oldu mu? Son olaraq, Fransız İnqilabı İngilis Şimali Amerikasını necə dəyişdirdi?
Xalqın reaksiyası İngilis və Fransız Kanadalı dəstəkçiləri arasındakı ən böyük fərq, Fransız vətəndaşlarının hələ də keçmiş Fransa ilə olan bağlarını hiss etməkləri idi. "La Gazette də Québec" kimi erkən İngilis Şimali Amerika qəzetləri inqilabın hadisələrini yaxından izləyirdi və oxucularının duyğularını əks etdirirdi: Qəzetin saylarından birində belə bir maraqlı məlumat əks olunmuşdu. "… bu gün heç şübhə yoxdurki, bu artıq bir üsyan deyil, gerçək bir inqilabdır. … Fransa bir daha əsla iki il əvvəl olduğu kimi olmayacaq" İngilis Şimali Amerikalılar, xüsusilə də rahiblərin və rahibələrin vəhşicəsinə öldürüldükləri haqqındakı məlumatların 1792-ci ildə ortaya çıxmağa başlamasıyla, inqilabın şiddət təbiətinə xüsusilə üstünlük vermədilər. XVI Lüdovikin edamına reaksiya olaraq, Böyük Britaniya Fransız səfirini və Fransanı bir müharibə bəyanatı ilə cavablamışdı. Bu qarışıqlığa qarışmaq istəməyən ABŞ hökuməti tərəfsizlik elanı nəşr etdi (1793). İngilis Şimali Amerikası yenə də bir İngilis koloniyası olmasına baxmayaraq, neytral ola bilmədi.
İngilis Şimali Amerikası və Fransa Britaniya, Fransa inqilabının Atlantikə yayılmadığından və Şimali Amerika maraqlarını zəiflətdiyindən əmin olmaq üçün önləyici addımlarını atmağa qərar verdi. İngilis səlahiyyətlilər üç əhəmiyyətli addım atdı: Yuxarı və Aşağı Kanada yaradıldı. Fransız köç strategiyası idarə edildi. Koloniya üzərində nəzarəti möhkəmləndirmək üçün inqilabı istismar etdi. Fransadakı hadisələr İngilis Şimali Amerikasının yenidən təşkilatlanması məsələsini sürətləndirdi. Yuxarı və Aşağı Kanadanın hər birinə öz seçdikləri məclislər, qanunvericilik şuraları və idarəçilər verildi. Hər əyalətin öz sxemləri istiqamətində özlərini idarə etməsinə icazə verərək Britaniya, bunun gərginliyi azaltacağına inandı və bu səbəblə Şimali Amerika imperiyasını qorumağı asanlaşdırmaqla qalmayıb, üsyanın toxumlarının Aşağı Kanadada da baş verməsinin qarşısını aldı. Bir başqa yol da xalqın qorxusunu artırmaq idi. İngilis Kanadalılar böyük Fransız əhalisi səbəbiylə İnqilabın burada baş verəcəyindən qorxdu. İngilislər casusluğa başladılar, saxta məlumatlar tapdılar və şübhəli bir casus olan David McLanenin edam edilməsində rol oynadılar. Fransız Kanadalılar axmaq deyildi, ingilislərin nə etmək istədiyini çox yaxşı bilirdilər. Öz İnqilablarını başlamağa heç ehtiyac duymadıqlarını düşünürdülər. Uzun dövr ərzində təsirləri Kanada üzərindəki İngilis suverenliyinin güclənməsi və Yuxarı və Aşağı Kanadanın qurulması, ümumi olaraq Fransız İnqilabının Kanadadakı ən əhəmiyyətli təsirləri olaraq düşünülə bilər. Bununla birlikdə, bundan aşağıdakı məsələlər ortaya çıxdı. İnqilabın ruhu 1837-ci ildə Yuxarı və Aşağı Kanadanın uğursuz üsyanlarında hiss edildi. Aşağı Kanadada keşişlərin ani bir şəkildə ayağa qalxması, kilsənin Kvebekin gələcəyi mövzusundakı mövqeyini gücləndirdi. Katolik Kilsəsinin əyalət üzərindəki təsiri 1960-cı illərə kimi davam etdi. Kanadanın görünüşü inqilabdan sonra dəyişdi.
1840-cı il ittifaq haqqında akt