Əhməd Kənan Əvrən (; ) — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir. 1982-ci ildə qurulan Mehmetcik fondunun qurucularından biridir.

Maltəpə hərbi liseyini, Türkiyə Quru Qoşunları məktəbi və Hərbi Akademiyanı bitirib. Türk Silahlı Qüvvələrinin müxtəlif mərhələlərində xidmət etmişdir. Ordu Komandanlığı və Quru Qoşunları Komandanlığından sonra 7 mart 1978-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi oldu. Vəzifə müddəti ərzində 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi hərbi çevrilişlə Dövlət başçısı və Milli Təhlükəsizlik Şurasının prezidenti vəzifələrini də icra etdi. 1982-ci ildə, özü və digər Milli Təhlükəsizlik Şurası üzvü komandirlərinin hər birindən 1000 TL toplamaqla Mehmetcik vəqfini qurdu. 7 noyabr 1982-ci ildə referenduma təqdim edilərək,91.37 % səs çoxluğu ilə Türkiyə Cümhuriyyətinin yeddinci prezidenti olaraq vəzifəsinə başladı. 9 noyabr 1989-da vəzifə müddətini başa vurdu və Marmarisə yerləşdi.

Prezidentliyindən sonra günlərini, xatirələrini və digər kitablarını yazmağa, rəsm çəkməyə, fərdi rəsm sərgilərini açmağa, ziyarətləri qəbul etməyə, ziyarətlərə getməyə, ziyafətlərə qatılmağa və qurduğu "Kənan Evrən Təhsil, Mədəniyyət və Təbiəti qoruma fondu" ilə maraqlanaraq günlərini keçirdi. 1990-cı ildə Atatürk Beynəlxalq Sülh Mükafatına layiq görülmüşdür. 1990–1991-ci illər arasında Kənan Evrənin xatirələri adlı 6 cilddən ibarət avtobioqrafiyasını yazdı.

18 iyun 2014-cü il tarixində, Ankara 10-cu Ağır Cəza Məhkəməsi tərəfindən; 12 sentyabr 1980-ci ildə ovaxtkı baş nazir Süleyman Dəmirələ memorandum verərək T. C. Konstitusiyası və Türkiyə Böyük Millət Məclisini ortadan qaldırmaq və vəzifəsini yerinə yetirməsinin qarşısını almağa çalışdığına görə ömürlük azadlıqdan məhrumetmə cəzasına, ordu generalı rütbəsindən əsgər rütbəsinə düşürülməsinə qərar verildi. 24 noyabr 2014-cü il tarixindən etibarən Ali Məhkəmənin təsdiqindən sonra qəti olacaq qərarlar üçün Ali Məhkəmə prosesi hələ başlamamışdı. Evrənin ölümündən sonra dövlət məsələsinin Ali Məhkəmə prosesi dayandırıldı.

9 may 2015-də müalicə aldığı Gülhanə Hərbi Tibb Akademiyasında 98 yaşında vəfat edib.

İlk illəri və təhsili

Hərbi karyerası Kənan Evrən hər iki valideyni Balkan mühaciri olan Hayrullah Evrenin və Naciye Evrənin dördüncü və son övladı olaraq dünyaya gəlir. Atası Hayrullah Evrən Serbiyanın Preşova qəsəbəsindən İstanbuldakı əmisinin yanında yerləşdi və Düyun-u Umumiye (Ümumi Borclar) təşkilatında nəzarət məmuru olaraq çalışdı. Anası tərəfi Bolqarıstanın Sviştov şəhərindən köçərək Somaya yerləşdi.Kenan Evren, Kenan Evren'in Anıları, Milliyet Yayınları, 1990. ISBN 975-506-077-4.

Alaşəhərdə ibtidai məktəbə, Manisada orta məktəbə getdi və Maltəpə Hərbi liseyində təhsil aldı. 1938-ci ildə Türkiyə Quru Qoşunları məktəbini bitirib, topçu kursant oldu və 1939-cu ilin fevralında leytenant oldu. 1940-cı ildə artilleriya məktəbini bitirdikdən sonra müxtəlif hissələrdə xidmət etdi. 1942-ci ilin avqustunda birinci leytenant rütbəsini aldı. 1946-cı ilə qədər müxtəlif artilleriya bölmələrində batareya komandiri vəzifələrini icra etdi. 1946-cı ildə daxil olduğu Hərbi Akademiyanı 1949-cu ildə heyət kapitanı olaraq bitirdi. Daha sonra Baş Qərargah Təlim şöbəsinin rəisi, 1-ci Ordu Əməliyyatlar İdarəsinin rəis müavini vəzifələrində çalışmış və Hərbi Akademiyada dərs demişdir.

1958–1959-cu illərdə Koreya müharibəsindən sonra Cənubi Koreyada qalan Türk Briqadasında əməliyyat və təlim şöbəsinin müdiri və qərargah rəisi vəzifələrini icra etdi. Türkiyəyə döndükdən sonra 1959–1961-ci illərdə Ordu Təchizatı Məktəbinin İşçi heyəti qərargah rəisi və 2. Ordu Əməliyyatlar Təhsil müdirliyi vəzifəsini icra etdi. O zaman ordu 27 may hərbi çevrilişi ilə hakimiyyəti ələ keçirdi. 227-ci Piyada Alayının komandiri, 9-cu Korpus Baş Qərargah rəisi və Quru Qoşunları Məktəbləri idarəsinin rəisi idi. 1964-cü ildə briqadir, 1967-ci ildə general-mayor oldu. 58-ci Əsgəri Təlim diviziyasının komandiri və 2-ci Ordu qərargahının rəisi vəzifəsinə təyin edildi. 1970-ci ildə general-leytenant rütbəsinə yüksəldi. 2-ci Korpus komandiri və Quru Qoşunları Komandanlığı Təftiş Şurasının sədri vəzifələrində çalışdı. 1974-cü ildə general olaraq Baş Qərargah rəis müavini vəzifəsinə yüksəldi.http://www.tsk.mil.tr/1_TSK_HAKKINDA/1_2_Genelkurmay_Baskanlari/konular/kenan_evren.htm Biyografi 1976–1977-ci illər arasında Egey Ordusunun komandiri vəzifəsində çalışıb.

Quru qoşunları komandiri Namık Kamal Ərsunun 1 iyun 1977-ci ildə, Qanlı 1 Maydan sonra, hərbi çevriliş edəcəyi iddiası ilə, o dövrün baş naziri Süleyman Dəmirəl tərəfindən 200 əsgər ilə birlikdə rəsmən təqaüdə göndərilməsi ilə Kənan Evrənə Baş qərargah rəisliyi yolu açılmış oldu.İlgili Merdan Yanardağ makalesi SoL Gazetesi4 Mayıs 2012 tarihinde erişilmiştir Gələcəkdə Baş Qərargah rəisi olacağı qəti şəkildə müəyyən edilən Ərsunun təqaüdə çıxması, Türkiyə Silahlı Qüvvələrindəki tarazlıqların və staj ənənələrinin bir anda alt-üst olmasına səbəb oldu. Bu qarışıq dövr səbəbiylə Baş Qərargah rəisi Səmih Sancarın səlahiyyət müddəti bir il uzadıldı. Bu vaxt Quru Qoşunları Komandanlığında, yəni bir il sonra Baş Qərargah rəisinin kim olması ilə əlaqədar mübahisə yarandı; Prezident Fəxri Qorutürk 1-ci Ordu Komandiri Adnan Ərsözü istəyərkən, baş nazir Dəmirəl 3-cü Ordu Komandiri Əli Fəthi Esənərin Quru Qoşunlarının yeni komandanı olmasını istədi. Lakin nə Dəmirəl, nə də Qorutürk geri addım atmadıqda, hər iki komandir vəzifə müddətləri bitdiyindən 30 avqust 1977-ci ildə təqaüdə çıxdılar. Beləliklə, ən təcrübəli general Kənan Evrən 1977-ci il sentyabrın 5-də gözlənilmədən Quru Qoşunları komandanı oldu.Soner Yalçın, Bay Pipo, Doğan Kitap, 1999. ISBN 975-6770-28-7. 1977–78 illəri arasında Quru Qoşunları komandiri olaraq vəzifə yerinə yetirən Evrən, 6 mart 1978-ci ildə Baş Qərargah rəisi təyin edildi.

27 dekabr 1979-cu ildə güc komandirləri ilə birlikdə imzalayaraq, Prezident Fəxri Qorutürkə (27 dekabr Memorandum) göndərdiyi xəbərdarlıq məktubunda siyasi partiyalardan və digər konstitusiya təşkilatlarından ölkədəki problemlərin həllində bir fikir birliyinə gəlməsini tələb edirdi. Məktubda; ifadələrindən istifadə etdi. Ovaxtkı prezident Fəxri Qorutürk əsgəri istəyi istiqamətində məktubu 2 yanvar 1980-ci ildə hökumətə və siyasi partiyalara göndərdi.http://www.haberturk.com/gundem/haber/732719-asli-ortaya-cikti 'Aslı' ortaya çıktı

30 avqust 1980-ci ildə Qələbə Günü münasibətilə radio və televiziyada yayımlanan çıxışında, xalqın və Türkiyə Silahlı Qüvvələri üzvlərinin bayramını qeyd etdikdən sonra ölkənin və dövlətin vəziyyətindən bəhs edərək; dedi.

12 sentyabr 1980-ci il hərbi çevrilişi

12 sentyabr 1980-ci ildə, Türkiyə Silahlı Qüvvələrinin komandanlıq zənciri içərisində etdiyi hərbi çevrilişdən və ölkənin rəhbərliyini ələ keçirərək, qanunvericilik və icra hakimiyyətlərindən istifadə etmək üçün Quru Qoşunları Komandanı General Nurətdin Ərsin, Hava Qüvvələri Komandanı General Təhsin Şahinqaya, Dəniz Qüvvələri komandiri admiral Amiral Nejat Tümər və Jandarma Ümumi komandiri Sedat Celasundan ibarət olan Milli Təhlükəsizlik Şurasını (MTŞ) qurdular.

Bu dövrdə Evrən dövlət başçısının yanında MTŞ və Baş qərargah başçılığını öz üzərinə götürdü. 12 sentyabr gecəsi saat 04:00-da radioda MTN prezidentinin imzası ilə yayımlanan 1 nömrəli bəyannamədə; Türkiyənin daxili və xarici düşmənlərin təhriki içində olduğunu, dövlətin əsas orqanlarının işləməyəcəyini, siyasi partiyaların şiddətli mübahisələrə girdiyini və ölkənin müharibə astanasına gətirildiyini bildirdi. Evrən, 12 sentyabr 13:00-da radio və televiziya vasitəsilə xalqa müraciət etdi; deyə bəyan verdi.

Türkiyə Böyük Millət Məclisini və hökuməti ləğv etdi və bütün ölkədə hərbi vəziyyət elan etdi. 20 sentyabrda keçmiş Hərbi Dəniz Qüvvələri komandiri qurmaq üçün təqaüdə çıxmış general-admiral Bülənd Ulusuya yeni hökumət qurmağı tapşırdı. Dövlət başçısı olaraq səfərlərə çıxdı və 12 sentyabr çevrilişinin səbəblərini və məqsədlərini xalqa izah etdi. Məşvərət Şurasının 12 sentyabr hərbi çevrilişinin birinci ildönümündə toplanacağını açıqladı. Məşvərət Şurası tərəfindən hazırlanan konstitusiyanın qəbulu üçün sıx təbliğat kampaniyası apardı, üzvləri MTŞ tərəfindən seçildi və MTŞ tərəfindən də nəzarət edildi. Bəzi illərə gedib, çıxışlar etdi. 1982-ci il Konstitusiyası 7 noyabr 1982-ci ildə keçirilən referendumda91,37 % səs çoxkuğu ilə qəbul edildi. Evrən Türkiyənin yeni konstitusiyasının 7 maddəsinə uyğun olaraq yeddi illik müddətə müvəqqəti prezidenti hüququnu qazandı.

Hərbi çevrilişin xarici əlaqəsi Məmməd Əli Birand, 12 sentyabra hərbi çevrilişinə həsr etdiyi 12 sentyabr Saat: 4:00 adlı kitabında, 12 sentyabr tarixində Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə dəyirmi masasının rəisi Paul Henzenin hərbi müdaxilə haqqında xəbəri alarkən, bu xəbərləri diplomatlarla görüşərkən, "Your boys have done it (Sizin oğlanlar bunu etdilər) iddiası ilə çıxış etdi. Bu, 12 hərbi sentyabr çevrilişində ABŞ-nin rolu ilə bağlı mübahisələrə səbəb oldu. Henzedən sonra mesaj prezident Cimmi Karterə çatdırıldı. Paul Henze 2003-cü ildə verdiyi müsahibəsində "Sizin oğlanlar bunu etdilər" cümləsinin Məmməd Əli Birandın uydurması olduğunu bildirdi. Bir müddət sonra Birand 1997-ci ildə Henze ilə olan müsahibənin audio və video yazılarını yayımladı. Lakin, yayımlanan yazılarda çıxışın Birandın iddia etdiyi kimi deyil, "The boys in Ankara did it (Ankaradakılar etdilər)" şəklində olduğu görüldü.

Bu dövrdə NATO daxilindəki gizli təşkilat olan "geridə qal" əks-partizan ordusuna Kənan Evrənin rəhbərlik etdiyi iddia edilir.Evren, 13 Aralık 1979 günü Genelkurmay Başkanı sıfatıyla Brüksel'deki NATO Askeri Komite toplantısına katılmış ve İstanbul'a dönüşünde 1. Ordu Komutanı Necdet Üruğ'un Selimiye'deki toplantı odasında tüm kuvvet komutanlarıyla toplantı yapmıştır. Toplantının gündemi Silahlı Kuvvetlerin askeri müdahalesiydi.(Mehmet Ali Birand, 12 Eylül Saat:04:00 Karacan Yayınları 12. Baskı, Temmuz 1985 s.132).

12 sentyabr hərbi çevrilişi ilə demokratiyadan uzaqlaşmasına Avropa ölkələri öz reaksiyalarını göstərdilər. Digər tərəfdən Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlər daha da yaxınlaşdı. Yunanıstanın NATO-nun hərbi qanadına qayıtması üçün şərait yaradıldı. Xüsusilə Yaxın Şərq ölkələri ilə yaxınlaşma başladı.

Prezidentliyi (1982–1989) thumb|right|Kənan Evrən, Rumıniya səfərində (aprel 1982) Konstitusiyaya referendumdan sonra, 91,37 % səs nisbəti ilə Evrən, Türkiyənin 7 prezidenti olaraq vəzifəsinə başladı.

1 iyul 1983-cü ildə Baş Qərargah rəisi vəzifəsini Quru Qoşunları komandiri Nurətdin Ərsinə verərək özü hərbi xidmətini sonlandırdı.

Seçkilərə iki gün qalmış 4 noyabr 1983-cü ildə TRT-də Ana Vətən partiyasının (ANAP) lideri Turqut Özalı tənqid edən çıxışı oldu.

Milli Təhlükəsizlik Şurasının fəaliyyəti, 7 dekabr 1983-cü ildə TBMM şurasının 6 noyabr 1983-cü il tarixli ümumi seçkilərindən sonra sonlandırıldı..

Prezidentliyi dövründə "Öz məktəbini özün qur" kampaniyasına başlatdı. Ölkə üzrə məktəblərin sayı tədricən artmağa başladı. Evrən, inşa edilən məktəblərin açılışında etdiyi çıxışlarda təhsilin və savadın vacibliyindən, qızların təhsil almasının vacibliyindən bəhs etdi. Digər tərəfdən, bu dövrdə açılan imam hatip məktəblərinin sayı 8 olaraq qaldı. Evrən, 12 sentyabrdan sonra Milliyyətçi Cəbhə hökumətləri dövründə çox artan imam hatip məktəbinin açılışını dayandırdı, hərbi rejim boyunca imam hatip məktəbləri açılmadı.