Süleyman Dəmirəl (, ) — Türkiyə Respublikasının 9-cu prezidenti (1993–2000), müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, siyasi xadimi. AMEA-nın Fəxri üzvü.
Həyatı 1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub.
1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışmışdır. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnmişdir.
1975–1980-ci illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlamışdır.
1980-ci ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980–1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilmişdir.
1990–1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunmuş, 1993–2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir.
Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri doktoru seçilmişdir.
1 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl "Şərəf" ordeni ilə təltif edilmişdir.
AMEA-nın Fəxri üzvü idi.
17 iyun 2015-ci ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə prezidentləri Kateqoriya:Türkiyə baş nazirləri Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:AMEA-nın fəxri üzvləri Kateqoriya:TBMM XIII çağırış deputatları Kateqoriya:TBMM XIV çağırış deputatları Kateqoriya:TBMM XV çağırış deputatları Kateqoriya:TBMM XVI çağırış deputatları Kateqoriya:TBMM XVIII çağırış deputatları Kateqoriya:TBMM XIX çağırış deputatları Kateqoriya:Doğru Yol Partiyasının (Türkiyə, 1983) sədrləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri