Layella sindromu — nadir hallarda rast gəlinən, lakin çox ağır keçən allergik reaksiyasıdır.

Xəstəliyin aparıcı əlaməti — II dərəcəli yanığın kliniki mənzərəsini xatırladan, dəri təbəqələrinin bir sıra zədələnməsidir: hiperemik (qızarmış) dəri fonunda çox böyük şəffaf yaxud qanlı suluqların əmələ gəlməsi.

Dəri dəyişikliklərindən başqa xəstə güclü intoksikasiya və ürək-damar, tənəffüs sistemi tərəfindən pozulmalara məruz qalır. Belə ağır reaksiyalar müxtəlif dərman preparatlarının tətbiqindən sonra baş verə bilər, lakin ən çox Layella sindromunun inkişafı sulfanilamid preparatlarının, yaxud antibiotiklərin qəbulundan sonra qeydə alınır.

Layella sindromu zamanı xəstə mütləq xəstəxana şəraitində intensiv terapiya şöbəsində kompleks müalicə almalıdır (Diaqnoz təsdiqindən dərhal sonra). Həkim yardımı mərhələsində xəstənin sorğu sual nəticəsində, Layella sindromu termiki zədələnmədən ayırd edilərək, xəstənin təcili hospitallaşması həyata keçirilir.

Həkimə qədər yardım Həkimə qədər yardım: Zədələnmiş dəri üzərinə quru aseptik sarğı qoymaq. Xəstəyə qoruyucu vəziyyət verib, zədələnmiş yerlərə güclü mexaniki təsiri istisna etmək. Xəstəyə antihistamin preparatı vermək. Dərin ürək-damar və tənəffüs çatışmazlığı zamanı ürək-ciyər reanimasiyası tədbirlərini tətbiq etmək.

Həmçinin bax Dəri; Zədə; Sarğı; Sindrom; Yanıq.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə xəstəliklər Kateqoriya:Tibb Kateqoriya:Təcili tibbi vəziyyətlər Kateqoriya:Dəri xəstəlikləri