Müqəddəs Nikolay Kilsəsi () ― Xorvatiyada, Zadar şəhərindən 1 mil məsafədə, Zaton və Nin qəsəbələri arasında yeləşən, 11-ci əsrin sonları və ya erkən 12-ci əsrə aid pre-roman stilində inşa edilmiş Roma-Katolik kilsəsi. Kilsə libuniyalıların tərixə qədərki türbəsinin üstündəki torpaq piramida məzarı üzərində inşa edilmişdir.

Kilsə, bütün Dalmatiyada erkən roman memarlığının mövcud olan yeganə nümunəsidir. Müqəddəs Nikolaya həsr edilmişdir.

Təsvir link=https://en.wikipedia.org/wiki/File:Church_of_St._Nicholas_at_Nin,_Croatia_(11th_century)_Crkva_sv._Nikole_kod_Nina_(11._stolje%C4%87e)_-_europeana.eu_22_69244_CC.jpg|left|thumb|260x260px|Old photograph of St. Nicholas Church. Müqəddəs Nikolay kilsəsi qala şəklində inşa edilmişdir. Kilsənin günbəz şəkilli tağı 16-cı və ya 17-ci əsrlərdə Yüz İllik Xorvatiya-Osmanlı müharibəsi dövründə gözətçi yeri olaraq tikilən 8 kiçik qüllə üzərində yüksəlmiş dairəvi kəsikli tağlarla möhkəmləndirilmişdir. Kilsə kiçik daşlardan tikilib və hamar fasada malikdir. Tikili çox kiçik ölçülərə malikdir: uzunluğu 5,9 metr, eni 5,7metr, hündürlüyü isə 6 metrdir.Crkveno graditeljstvo u sjeverozapadnom dijelu zadarskog zaleđa, Građevinar 61 (2009) 7, p. 681

1603-cü ildə Priulun ziyarəti Müqəddəs Nikolay kilsəsi 1603-cü ildə, qlaqol əlifbasında yazılmış vəftiz və nikahların səliqəli qalmış qeydlərini aşkar etmiş Priul trəfindən ziyarət edilmişdir. Onun səfəri zamanı kilsə 28 üzvlü Müqəddəs Ruh Qardaşlığı-nın səlahiyyətində idi. Priul, qardaşlığa yerli yepiskop tərəfindən təsdiqlənməli olan qaydaları yazmağı əmr etdi.Amos R. Filipi, Radovi JAZU Zadar,13–14/1968. p. 231–235.

İstifadəsi Kilsə inşa ediləndən bəri burada hər il 6 dekabrda Müqəddəs Nikolay günü qeyd olunmuşdur. Son zamanlarda kilsədə 25 Aprel tarixində Müqəddəs Mark günü qeyd olunur.

İstinadlar

Kateqoriya:Xorvatiya kilsələri Kateqoriya:XII əsrdə tikilmiş dini binalar