Uroş Matiç (; ) — Serb əsilli Makedoniyalı futbolçu. Səudiyyə Ərəbistanının "Abha" klubunun yarımmüdafiəçisi.
Uroşun böyük qardaşı Nemanya məşhur futbolçusudur.
Klub karyerası left|thumb|305x305px| Kopenhagenin bir hissəsi kimi Matic Matic "Edinstvo" klubunun yetirməsidir. 2008-ci ildə Uroş Slovakiyanın "Koşize" klubuna keçir. 30 May 2009-cu ildə Slovakiya Çempionatında debüt edir. 26 Noyabr 2010-cu ildə Matiç "Koşize" klubunda ilk qolunu vurur.
2013-cü ilin yayında Uroş Portuqaliyanın "Benfika" klubuna transfer olunur. Portuqaliya klubu ilə 1+5 illik müqavilə bağlayan futbolçu, klubun ikinci komandasının oyunlarında iştirak edir. .
2014-cü ilin əvvəlində Matic Hollandiyanın "NAC Breda" komandasına keçdi. Fevralın 1-də "Herakl" klubuna qarşı matçda Erediviziyada debüt edir. 19 sentyabrda "II Willem"ə qarşı dueldə Uroş "NAC Breda"da ilk qolunu vurdu.
2016-cı ilin yayında Matiçin müqaviləsi bitdi və sərbəst agent kimi Avstriyanın "Şturm" komandasına keçir. 23 iyulda "Red Bull Zalsburq" komandasına qarşı matçda Avstriya Bundesliqasında debüt etdi. Eyni oyunda Uroş "Şturm"dakı ilk qolunu vurdu.
2017-ci ilin əvvəlində Matic Danimarkanın "Kopenhagen" klubuna transfer edilir. Transfer məbləği 3 milyon avro olur. 19 fevralda "Brondbü" klubuna qarşı oyunda Danimarka Super Liqasında debüt etdi . 19 Martda "Silkeborg"la qarşılaşmada Matiç "Kopenhagen"dəki ilk qolunu vurdu. İlk mövsümündə Danimarkada ölkə çempionu Kubokunun qalibi olur.
2018-ci ilin yayında Matiç Vyananın "Austriya" klubuna icarəyə verilir.
2019/20 mövsümunu icarə əsasında Kiprin "APOEL" klubunda keçirir.
26 iyul 2020-ci ildə futbolçu Azərbaycanın ən yaxşı klubu olan "Qarabağ" klubu ilə 3 illik müqavilə imzalayır.
26 iyul 2021-ci ildə Matiç Səudiyyə Ərəbistanının "Abha" klubu ilə iki illik müqavilə imzaladı.
Milli komanda karyerası 2009-cu ildə Serbiyanın gənclər yığma komandasının üzvü olaraq Matiç Ukraynada keçirilən Avropa Gənclər Birinciliyində iştirak etdi. 2014-cü ildə Uroş Makedoniyada oynamağa qərar verdi .
Titulları
"Kopenhagen"
Danimarka çempionu : 2016/17 Danimarka Kubokunun qalibi: 2016/17
APOEL
Kipr Super Kubokunun qalibi: 2019
İstinadlar
Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Şimali Makedoniya futbolçuları Kateqoriya:Serbiya futbolçuları Kateqoriya:Legioner Serbiya futbolçuları Kateqoriya:Serbiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Benfika FK futbolçuları Kateqoriya:NAK Breda FK futbolçuları Kateqoriya:Austriya Vyana FK futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Slovakiya Superliqası futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:Avstriyada legioner futbolçular Kateqoriya:Kiprdə legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Serbiyanın kişi futbolçuları Kateqoriya:Serbiya Superliqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular