Maarifə Hüseyn qızı Hacıyeva () — filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi (2011).
Həyatı 1938-cü ilin noyabrında Gədəbəy rayonunda anadan olub. 1953-cü ildə Xanlar rayonundakı Pedaqoji texnikuma daxil olub, 1957-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub. 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Ailəsi Ailəlidir. Üç övladı var.
Fəaliyyəti
Elmi fəaliyyəti 1968-ci ildən Azərbaycan Xalq Təssərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Azərbaycan dili" kafedrasında işləyir. 1970-ci ildə namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktoru, professordur.
28 kitabın (dərslik, dərs vəsaiti, elmi monoqrafiya, elmi-metodik vəsait), 250-dən artıq elmi-metodiki məqalənin müəllifidir.
Kitabları "XX əsr Azərbaycan ədəbiyyatı" "Azərbaycan ədəbiyyatı terminləri sözlüyü" "Müdriklik çeşməsi" "Folklor və müasir poetik proses" "Türk dünyası və qardaş ölkələr ədəbiyyatı" "Azərbaycan ədəbiyyatından praktikum" "Gizli çiçək" "İllərdən qalan" "Azərbaycan folklor və etnoqrafiya terminləri sözlüyü" "Örnəklərlə folklor, xalq ədəbiyyatı və təkkə ədəbiyyatı sözlüyü" "Ədəbi düşüncələr", "Türk aşıqları" kimi kitabları.
Təltifləri Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2002-ci il tarixli fərmanıyla "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilmişdir.
İstinadlar