"Hellas Verona FK " — İtaliyanın futbol klubu. Verona şəhərini təmsil edir. Klubun əsas rəngləri sarı və göydur. Hal hazırda peşəkar futbol klubu statusuna malikdir və İtaliyanın yüksək futbol liqası olan A Seriyasında iştirak edir.

Klubun ən böyük naliyyəti 1985-ci ildə İtaliya çempionu olmasıdır.

Tarixi Futbol klubu 1903-cü ildə İtaliyanın Verona şəhərində yerləşən litseyin tələbələri tərəfindən yaradılıb. Kluba ilk adı Hellas olub və bu adı kluba litseyin yunan dili müəllimi verib. Daha sonra, 1919-cu ildən başlayaraq klub "Hellas Verona" adlanmağabaşlayıb. Klub 1911-ci ildən başlayaraq əyalət çempionatında iştirak edib. Verona klubu 1929-cu ildə İtaliyanın "B Seriyası"nda debut edib. O ildə həmçinin Verona əyalətinin iki həvəskar klubuda "Hellas Verona" klubuna birləşdirilir. Klub 1956/1957 mövsumundə İtaliya "A seriyası"nda debut edir. Ən böyük uğurunu isə 1985-ci ildə çempion olmaqla qazanır.

Klubun tarixi adları bu cür olub 1903–1915 — Hellas 1919–1928 — Hellas Verona 1928–1959 — Associazione Calcio Verona 1959–1991 — Associazione Calcio Hellas Verona 1991–1995 — Verona Football Club 1995 — Hellas Verona Football Club

Stadion Klub Verona şəhərindəki 39211 nəfərlik tutumu olan "Stadio Marcantonio Bentegodi" stadionunda çıxış edir.

Nailiyyətləri İtaliya çempionatı (Seriya A) Çempion: 1984/85 Seriya B Çempion(3): 1956/57, 1981/82, 1998/99 Futbol üzrə İtaliya kuboku Finalçı (3): 1975/76, 1982/83, 1983/84

Heyət 29 yanvar 2021-ci il tarixi üçun. +Nömrə.Oyunçu1Marco Silvestri3Federico Dimarco (Inter Milandan icarə)4Miguel Veloso (Kapitan)5Davide Faraoni (Vitse Kapitan)6Matteo Lovato7Antonín Barák (Udinezedən icarə)8Darko Lazović9Eddie Salcedo (Inter Milandah icarə)11Andrea Favilli (Genoadan icarə)12Nicola Borghetto13Destiny Udogie14Ivan Ilić (Manchester Citydən icarə)15Mert Çetin (Romadan icarə)17Federico Ceccherini (Fiorentinadan icarə)19Kevin Rüegg+Nömrə.Oyunçu20Mattia Zaccagni21Koray Günter22Alessandro Berardi23Giangiacomo Magnani (Sassuolodan icarə)24Marco Benassi (Fiorentinadan icarə)25Ivor Pandur26Ronaldo Vieira (Sampdoriadan icarə)27Paweł Dawidowicz29Nikola Kalinić33Stefano Sturaro (Genoadan icarə)36Bruno Amione40Daniel Bessa61Adrien Tameze90Ebrima Colley (Atalantadan icarə)92Kevin Lasagna (Udinesedən icarə)

Tanınmış Oyunçuları

Rekordçuları

Oyun sayına görə Luici Bernardi — 337. Emelano Masketti — 330. Roberto Triçella — 324.

İstinadlar

Kateqoriya:İtaliya futbol klubları Kateqoriya:İtaliya A Seriyasının qalibi olmuş klublar Kateqoriya:Ellas Verona FK Kateqoriya:Veronada idman Kateqoriya:Veneto futbol klubları Kateqoriya:1903-cü ildə yaradılmış futbol klubları Kateqoriya:A Seriyası klubları Kateqoriya:B Seriyası klubları Kateqoriya:C Seriyası klubları Kateqoriya:1903-cü ildə yarananlar Kateqoriya:İtaliya Birinci Divizion futbol klubları Kateqoriya:Veneto