Məmməd Məmməd oğlu Orucov (; ) — SSRİ, Rusiya və Azərbaycan qoboyçalanı və musiqi pedaqoqu, professor (1981). Rusiya Federasiyasının əməkdar incəsənət xadimi (1993), RSFSR əməkdar artisti (1976) Azərbaycan SSR əməkdar artisti (1958).
Həyatı Məmməd Orucov 20 may 1920-ci ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. Musiqi təhsilini Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun rəhbərliyi altında tar ifaçısı kimi başlayıb. Daha sonra xüsusi fortepiano sinfinə "xüsusi istedadlı uşaqlar qrupu"na keçirilib.
1938–1940-cı illərdə Bakı konservatoriyasında V. A. Knyazkovun sinfində qoboy ifaçılığı üzrə təhsil alıb. Təhsil aldığı müddətdə ilk adlı təqaüdçülər arasında olub. 1940-cı ilin oktyabrında sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. 1946-cı ilin iyul ayında hərbi xidmətini başa vurub.
1946-cı ilin sentyabrında Moskva konservatoriyasına daxil olmuş, 1949-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir (N. N. Soloduyevin sinfi). Təhsilinin sonuncu ilində Budapeştdə demokratik gənclərin Ümumdünya festivalı müsabiqəsinin laureatı olub.
1945–1977-ci illərdə Böyük Teatr orkestrinin solisti olmuşdur.
9 iyul 1994-cü ildə Moskvada vəfat edib.
Təltif və mükafatları "Rusiya Federasiyasının əməkdar incəsənət xadimi" fəxri adı — 22 may 1993 "RSFSR əməkdar artisti" fəxri adı — 1976 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 22 oktyabr 1958 "Şərəf nişanı" ordeni — 27 may 1951 "Moskvanın müdafiəsinə görə" medalı — 1944 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
İstinadlar
Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Rusiya pedaqoqları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları