Fəxrülmülk və ya Əbül-Fəth Əli ibn Nizamülmülk əl-Tusi (; ) — Börkiyaruq dönəmində Böyük Səlcuq İmperiyası vəziri, keçmiş vəzir Nizamülmülkün oğlu.
Həyatı Fəxrülmülk I Məlikşah dönəmində Böyük Səlcuq İmperiyası vəziri olan Nizamülmülkün ən böyük oğludur. 1042–43-cü illərdə anadan olmuşdur. Çağrı Bəyə xidmət etmişdir. Börkiyaruq taxta çıxan zaman paytaxt İsfahan şəhərinə getmək üçün yola çıxdı. Ancaq yolda Türkan xatunun adamları tərəfindən tutuldu və bir müddət sonra onların əlindən qaçaraq Həmədana getdi. Həmədanı idarə edən Börkiyaruqun əmisi Tacüddövlə Əbu Səid Tutuş idi. Tutuş Fəxrülmülkü vəzir təyin etdi və sonra Tutuş ilə Börkiyaruq arasında olan müharibədə Tutuşun məğlub olmasına görə əsir oldu. Lakin, bir müddət keçdikdən sonra buraxıldı. Vəzir olan qardaşı Müəyyidülmülkü vəzirlikdən azad edilməsi üçün fəaliyyət göstərdi. I Məlikşahın həyat yoldaşı Zübeydə Xatunu Müəyyidülmülkün əleyhinə olaraq məlumatlandırdı və Börkiyaruqa hədiyyələr verərək qardaşını vəzirlikdən azad etdirib həbs etdirdi və bu hadisədən sonra 1095-ci ilin fevral ayında Börkiyaruqun vəziri təyin olundu. Bir il bu vəzifədə qaldıqdan sonra 1096–97-ci illərdə vəzirlikdən azad edildi. Sabiq vəzir olan Fəxrülmülk bundan sonra Nişapurda həyatını davam etdirdi.
Öldürülməsi Fəxrülmülk Əhməd Səncər tərəfindən 1106-cı ildə vəzirliyə gətirildikdən bir müddət sonra eyni il içərisində bir batini fədaisi tərəfindən qətlə yetirildi.
Həmçinin bax
İstinadlar
Mənbə Aydın TANERİ, ‚Büyük Selçuklu İmparatorluğu’nda Vezirlik‛, AÜTAD, C. V/8, İstanbul 1967, s. 75–187.
Xarici keçidlər
Kateqoriya:1042-ci ildə doğulanlar Kateqoriya:11 sentyabrda vəfat edənlər Kateqoriya:1106-cı ildə vəfat edənlər Kateqoriya:Səlcuq sərkərdələri Kateqoriya:Əlifba sırasına görə siyasətçilər